Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Tatoyan Ermənistandan qovulan azərbaycanlıların da hüquqlarını yada salsın”
“Tatoyan Ermənistandan qovulan azərbaycanlıların da hüquqlarını yada salsın”

Ötən gün Ermənistanın Azərbaycanla həmsərhəd olan Sotk və Kut kəndlərinin yaxınlığında baş verən yanğınlarla bağlı, Ermənistanın ombudsmanı Arman Tatoyan Azərbaycanı ittiham edib.

Azərbaycan Müdafiə Nazirliyinin təkzib açıqlamasına baxmayaraq, Ermənistan tərəfi öz ittihamlarına davam edir.

Ombudmsan toplanılan faktları beynəlxalq təşkilatlara da göndərəcəyini açıqlayıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyindən haqqin.az saytına verilən açıqlamada Tatoyan bu ittihamların sübutsuz və şər-böhtan xarakterli olduğu bildirilib.

Bizimyol.info saytına bu məsələ ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan tərəfi hər hadisədə Azərbaycanı günahlandırmağa adət edib.

Ədalət Verdiyev Ədalət Verdiyev

“Əgər Ermənistan tərəfi hər hansı insidentin, qarşıdurmanın olmasını istəmirsə, 30 il ərzində işğal etdiyi Azərbaycan sərhədlərinin delimitasiyası ilə bağlı danışıqlara getməli, bütün problemlərə son verməlidir”, - deyə eskpert vurğulayıb.

O qeyd edib ki, SOTK və Kut kəndləri tarixi Azərbaycan torpaqlarıdır: “Lakin Azərbaycan BMT-nin tanıdığı sərhədlərin delimitasiyasına razıdır və Ermənistanı da bu istiqamətdə iş görməyə çağırır. Artıq qabaqdan payız və qış ayları gəlir. Sərhədlərin delimitasiyası üçün ən əlverişli zaman yaz və yay aylarıdır. Ermənistan tərəfi isə qəsdən bu aylarda təxribatlar edərək zaman qazanmağa çalışdı”.

Ə.Verdiyev bildirir ki, Ermənistanın ombudsmanı heç bir əsas olmadan Azərbaycanı beynəlxalq arenada “günahkar” çıxarmağa çalışır.

“Görəsən, Tatoyan niyə Ermənistan ərazisindən deportasiya edilən 200 mindən çox azərbaycanlının başına gələnlərdən danışmadı. Qarabağda tamamilə dağıdılmış şəhərlər və kəndlərdən heç nə demədi... Erməni diversantları hələ də Qarabağda yanğınlar törətməyə çalışır, təbiətə zərər vururlar. Lakin Ermənistanın ombudsmanı ancaq istədiklərini görür və danışır. Tonoyan Ermənistandan qovulan azərbaycanlıların da hüquqlarını xatırlasın”, - deyə ekspert əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Qonşu ölkələrin ərazi bütövlüyü hər şeydən vacibdir” - İran XİN
Son xəbərlər
Bütün xəbərlər »