Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadınlar dərilərinə ətraf mühitin təsirlərini necə azalda bilərlər...
Qadınlar dərilərinə ətraf mühitin təsirlərini necə azalda bilərlər...

Pandemiya dönəmi olduğu üçün kosmetoloqa getmək, tanımadığınız və sağlamlığına güvənmədiyiniz insanlarla təmasda olmaq təhlükəli ola bilər. Bəs belə şəraitdə qadınlar dərilərinə ətraf mühitin təsirlərini, yaşın artmasının yaratdığı əlamətləri necə azalda bilər?

20 -30 il əvvəl kosmetologiya inkişaf etməmişdən öncə qadınlarımız üzlərinə evdə müxtəlif maskalar hazırlayaraq qulluq edirdi. Kosmetologiya inkişaf etdikdə, mezoterapiya, plazmaliftinq və s. digər prosedurlar evdə üzə qulluğu demək olar ki, unutdurdu. Ancaq pandemiya dövrü yenidən bu məsələni gündəmə gətirdi.

Bizimyol.info qadınların dərisi üçün təsirli olan bir neçə maska tərifini araşdırıb. Çox xərc çəkmədən, xəstəliyə yoluxma riski ilə üz-üzə qalmadan, artıq siz də üzünüzə qulluq edə bilərsiniz.

Bu gündən etibarən Bizimyol.info saytı evdə üzün dərisinə, dırnaqlara, saçlara qulluq, bədən dərisinin hamar olması, selülitlərin azalması, ana və körpə və s. bu mövzulara toxunaraq sizə yardımçı olmağa çalışacaq.

Bilirsiniz ki, xiyarın tərkibi E vitamini ilə zəngin olduğu üçün əvvəllər də xiyardan hazırlanan maskalara üstünlük verilirmiş. Odur ki, gözünüz bizdə olsun. Bu dəfə sizə xiyardan hazırlanış maskaları təqdim edəcəyik;

  1. Sızanaqlar üçün xiyar maskası:

    1 xörək qaşığı bal, 1 ədəd xiyar, 1 xörək qaşığı yulaf unu ilə hazırlanan bu maska dərini sızanaqlardan təmizləyib elastikləşdirir.

    Xiyar soyulduqdan sonra blendərlə püre halına salınır. Üzərinə yulaf unu əlavə edilib qarışdırılır. Və bal əlavə edildikdən sonra quru dəriyə çəkilərək, 15 dəqiqə saxlanılır. Həftədə 2-3 dəfə bu maskadan istifadə etməklə sızanaqlardan canınızı qurtara bilərsiniz.

  2. Qırışlar üçün xiyar maskası:

    1 ədəd xiyar, 1 xörək qaşığı aleo şirəsi qarışdırılılaraq üzə çəkilirsə, dəri hamarlaşır. Bunun üçün xiyarı soyub blenderdən keçirin və üzərinə aleo şirəsi tökün.

    Maslanı üzünüzə və boynunuza çəkərək 30 dəqiqə saxlayın. Sonra ilıq su ilə yuyub təmizləyin. Bu maskanı həftədə iki dəfə istifadə etməklə dərinizi gəncləşdirə bilərsiniz.

  3. Təmizləyici xiyar maskası:

    1 çay qaşığı şəkər tozu, bir ədəd xiyar, 1 xörək qaşığı süd, 1 çay qaşığı bal qarışığı ilə hazırlanmış maska üzünüzü nəmləndirib təmizləyəcək.

    Bunun üçün xiyarın qabığını soyub pürə halına salın. Üzərinə süd, bal və şəkər tozu əlavə edib qarışdırın. Əldə olunan maskanı üzə çəkib 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

    Bu maska, dərinizi ölü dərilərdən, çirkdən və yağdan təmizləyəcək. İki həftədən sonra maskanın dərinizi necə təmizləyəcəyinə şahid olacaqsınız. Maskanı həftədə iki dəfə istifadə etməlisiniz.

  4. Qidalandırıcı xiyar maskası:

    2 çay qaşığı qatıq, 2 ədəd xiyar, 1 çay qaşığı zeytun yağı qarışığından hazırlanmış maska dərini qidalandırır.

    Xiyarın qabığını soyub sürtgəcdən keçririn. Zeytun yağı və qatığı əlavə edib qarışığı üzünüzə çəkin. 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Bu qarışığı gözlərinizin ətrafına da çəkmək tövsiyyə edilir. Beləcə, göz ətrafı hüceyrələr də yenilənmiş olacaq.

    Maskadan həftədə bir dəfə istifadə edəcəyiniz təqdirdə, dəridə olan ölü hüceyrələr təmizlənəcək və dəriniz nəmlənəcək. Quruyub qabıq verməyəcək. Çünki qatıq olan maskalar dərini qidalandırır və canlandırır.

  • Xiyar maskaları, göz ətrafında olan qaralmaları da apara bilir. Yorğun və yuxusuz gecələrdən sonra xiyar maskası üzünüzə canlılıq gətirə bilər.
  • Dəriniz quruyursa, xiyarla maska hazırlayaraq dərini nəmləndirə bilərsiniz.
  • Xiyar maskası və digər maskalar müəyyən fasilə ilə istifadə etmək lazımdır ki, dəri zədələnməsin. Buna görə də, xiyardan hazırlanmış maskalardan həftədə 3 dəfə istifadə edə bilərsiniz.
  • Xiyar maskalarının dəridə ən çox 30 dəqiqə qalması kifayət edir. Limon və çay sodası olan xiyar maskaları, dəridə az saxlanılmaldır. Əks təqdirdə dəri yaralana bilər.

Növbəti yazımızda ev şəraitində dırnaqlar üçün maskalardan söz açacağıq. Dırnaqlarınız niyə qırılır, qaynaq dırnaqlar öz dırnağınıza hansı zərəri vurur? və s. bu kimi suallara cavab tapmaq üçün növbəti yazımızı izləyin...

İlahin, Bizimyol.info

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
››› Nazirlikdən faktiki hava açıqlaması
Son xəbərlər
Bütün xəbərlər »