Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkdilli dövlət əfqan qaçqınlara “yox” dedi
Türkdilli dövlət əfqan qaçqınlara “yox” dedi

“Taliban”ın hakimiyyətə gəlməsindən sonra Əfqanıstandan qaçanlar daha çox Türkiyəyə və Pakistana pənah aparır. Daha uzağa getmək mümkün görünmür. Nisbətən yaxın ölkələr əfqan qaçqınlara qapı açmaqda maraqlı deyil.

Bizimyol.info xəbər verir ki, Özbəkistan miqrant qəbul etmək niyyətində olmadığını ortaya qoyub. Türkdilli dövlətin Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama verib. Qurum dünya mətbuatında yazılanları təkzib edib. Özbəkistanın Xarici İşlər Nazirliyi bildirib ki, “Termez” nəzarət-keçid məntəqəsini açmaq planlaşdırılmır.

Açıqlama Almaniyanın Xarici İşlər naziri Xayko Maasın Daşkəndə səfəri gününə təsadüf edib. Məsələnin maraqlı tərəfi odur ki, Qərb əfqan qaçqınların yaxın ölkələrdə yerləşdirilməsini istəyir. Amma Əfqanıstanın qonşuları bu ideyaya isti yanaşmır. Özbəkistan miqrant qəbulu ehtimalını heç yaxına buraxmır.

Xayko Maas mətbuata açıqlamasında deyib: “Mənə dedilər ki, bu vəziyyətdə təkcə ümumi fikir ortaya qoymaq yox, ümumi plan hazırlamaq üçün Əfqanıstanın bütün qonşularını bir masa ətrafına toplamaq üçün səylər göstərilir. Söhbət beynəlxalq səydən gedir. Həm də vacibdir ki, bu danışıqlara Rusiya və Çin də qoşulsun”.

Almaniya Xarici İşlər Nazirliyi indiyə qədər ölkədə 10 min əfqan miqrant qeydə alıb. Avropa dövləti daha 40 min Əfqanıstan vətəndaşına yer verməyə hazırdır. Bura indi Almaniyada yaşayan əfqanların yaxınları da daxildir. Özbəkistan isə Əfqanıstandan qaçanlar üçün tranzit rolunu oynamaqla kifayətlənmək istəyir. Türkdilli dövlət əfqan qaçqınlara sığıanacaq verməyi planlaşdırmır.

Qərb mətbuatının hazırladığı videomateriallarda Əfqanıstanı tərk etməyə çalışanlar arasında qonşu ölkələrdən Özbəkistana keçmək istəyənlərin çoxluğu diqqət çəkirdi. “Euronews”un avqustun 22-də hazırladığı materialda türkdilli ölkədə yaşayan əfqanlardan da danışılırdı.

“Taliban” avqustun 15-də Əfqanıstanda hakimiyyəti ələ keçirdiyin bəyan edib. Bundan sonra ölkə vətəndaşlarının xaricə kütləvi axını başlayıb. Qərb mənbələri təxminən 1 milyon əfqanın ölkədən getmək istədiyini bildirir.

Bizimyol.info

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »