Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Virusun yeni mutasiyası nə dərəcədə təhlükəlidir...
Virusun yeni mutasiyası nə dərəcədə təhlükəlidir...

Koronavirusun Delta variantından ölüm faktları hər gün artdığı bir dönəmdə virusun yeni bir mutasiyası aşkar edilib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Cənubi Afrikanın Milli Yoluxucu Xəstəliklər İnstitutu və KvaZulu-Natal Araşdırma İnnovasiya və Sıralama Platformu apardıqları araşdırmalaırn nəticəsi olaraq koronavirusun yeni variantını aşkarladıqlarını açıqlayıblar.

Elm adamları 2021 -ci ilin May ayında C.1.2 adlı mutasiya aşkarladıqlarını qedy ediblər. Onların fikrincə, bu variant 2019-cu ildə Çinin Uhan şəhərində aşkarlanan variantdan daha fərqlidir və çox dəyişikliyə məruz qalıb.

Artıq bu variant Cənubi Afrika ilə yanaşı İngiltərə, Çin, Demokratik Kongo Cumhuriyyəti, Yeni Zellandiya, Portuqaliya və İsveçrə kimi ölkələrdə müşahidə edilib.

Elm adamları virusun yayılma sürətini müşahidə edərkən qeyd edib ki, C.1.2 variantı Beta və delta variantı ilə eyni hərəkət edir. Akarlanan C.1.2 variantının 14 mutasiya keçirdiyini açıqlayan alimlər bu variantın yaradacağı təsirləri görə bilmək üçün araşdırmalarına davam edəcəklərini bildiriblər.

Xatırladaq ki, bir müddət əvvəl Nature jurnalında yayımlanan bir məlumata görə, epidemiyanı təhlükəli hala gətirən Delta variantının belə sürətlə yayılmasının səbəbi də açıqlanıb. Belə ki, məlum olub ki, delta variantına yoluxmuş insanlarda iki gün heç bir əlamət müşahidə edilmir. Xəstəlik əlaməti olmadığı üçün insanlar arasında rahat şəkildə gəzən bu xəstələr xəstəliyin yayılmasının əsas səbbəkarlarıdır.

Çinin Honq Konq Universitetinin alimlərinin fikrincə, delta variantını dayandırmaq çətinləşib. Alimlər may və iyun aylarında 101 koronavirus faktını araşdırıb. Araşdırma nəticəsində müəyyən edilib ki, Delta variantı yoluxduqdan 5, 8 gün sonra əlamətlərini göstərməyə başlayır. Və xsətə olan şəxslər iki gün özlərini sağlam hiss etdikləri üçün xəstəliyi yayırlar.

Qeyd edək ki, koronavirus 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində meydana gəlib. Bu günə qədər bütün dünyada 217219355 koronavirus faktı qeydə alınıb. 4,515,182 nəfər dünyasını dəyişib. Hazırda bütün dünya üzrə 194,129,647 aktiv xəstə var.

Tərcümə etdi: İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »