Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kiçik qanaxma belə durdurulmadığı təqdirdə ölümə səbəb ola bilər"
"Kiçik qanaxma belə durdurulmadığı təqdirdə ölümə səbəb ola bilər"

Koronavirusun və virus əleyinə olan vaksinlərin qanı laxtalaşdırması barədə məlumatlara dəfələrlə rast gəlmişik. Qan laxtalanması nədir və qarşısı necə alına bilər?

Həkim hematoloq Kamilə Babayevanın sözlərinə görə, yaralanma və kəsiklər zamanı qanaxmanın qarşısını qanın laxtalanması alır.

Ancaq başqa vəziyyətlərdə qan laxatalanması çox təhlükəli vəziyyətlərin xəbərçisidir. Qan laxtalanması damar sərtliyi, beyinə qansızma və s. ölümlə nəticələnən xəstəliklərə səbəb ola bilər. "Yaralanamalar, kəsiklər zamanı qanın dayanması üçün qanın laxtalanması vacibdir. Çünki hər hansı kiçik qanaxma belə durdurulmadığı təqdirdə ölümə səbəb ola bilər",- deyə həkim bildirir.

Qanın tərkibində ağ qan hüceyrələri, qırmızı qan hüceyrələri və tormbositlər var. Trombositər qanın laxtalanmasına səbəb olur. Bir neçə qan proteini birləşərək reaksiyaya girir və trombositləri bir-birinə yapışdırır. Qatılaşan qan qanın axmasını dayandırır.

"Qanın ağırlaşması qanın qatılaşması deməkdir. Bu beyinə qansızma, damar sərtləşməsi, insult, paralic və s. halalra səbəb olur . Ürək və ağciyərdə meydana gələn qan laxtalanması qol, sinə, kürək və boyunda yaranan ağrı və nəfəs çatışmazlığı ilə müşahidə edilir. Beyində qan laxtalanması meydana gələn zaman isə hərəkətsizlik, danışığın pozulması, başa düşməkdə çətinlik və baş ağrısı müşahidə edilir",- deyə K.Babayeva qeyd edib.

Həkimin sözlərinə görə, qan ayaqlarda laxtalanırsa, bu zaman ayqların alt qismində qızartı və ağrılar meydana gəlir. Xəstə hər zaman ayaqlarında istilik hiss edir. Qan laxtalanmasının müxtəlif səbəbləri var. Bura zədələnmələr, çox ciddi əməliyyat keçirmək, artıq çəkili olmaq, genetik qüsurlar, bəzi dərmanlardan istifadə etmək, şəkər xəstəliyi, xərçəng və xərçəngin müalicəsi, ürək çatışmazlığı, müxtəlif xəstəliklər səbəbilə uzun müddət xəstəxanada yatmaq, uzun müddət bir yerdə oturmaq və s. daxildir.

Qan laxtalanmasının müalicəsi müxtəlif dərman preparatları ilə aparılır. Qanıdurulaşdıran dərmanlar iynə və ya həb olaraq qəbul edilir. Bel dərmanların nəzarət altında qəbul edilməsi vacibdir. Bu səbəbdən də qan durulaşdıran dərmanlar həkim tərəfindən təyin edilir.

Başqa bir problem isə laxtalanmanın olmamasıdır. Belə ki, qanda yer alan antikoaqulyant amillər laxtalanmanın qarşısını alır. Özü-özünə yaranan zaman, xəsarət olmadığı təqdirdə bu trombuslar anın axışının qarşısını alaraq tromboza səbəb ola bilir. Həkimin sözlərinə görə, belə qatılaşmanın qarşısınn alınması üçün antikoaqulyant müalicəyə ehtiyac var. Mütəxəssislərin fikrincə, qan laxtalanması kişilərlə müqayisədə daha çox orta yaşlı qadınlarda müşahidə edilir.

"Qan laxtalanmasının qarşısının alınması üçün nəzarətsiz, həkim məsləhəti olmadan dərman qəbul etməyin. Orqanizminizdə çatışmayan vitamin varsa, tez bir zamanda onu qəbul edin. Qidalanma nizamınız pozulursa, mütəxəssislə məsləhətləşin. İdmanla məşğul olun. Mütəmadi olaraq eyni vəziyyətdə qalmayın, oturaq həyat tərai keçirməyin. K vitamini olan qidalar qəbul edin. Çuğundur, qırmızı kələm, nanə, noxud, mərci, ispanaй K vitmaini ilə zəngindir",- deyə həkim tövsiyyə edir.

İlahin, Bizimyol.info

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »