Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim ana olmağa hazırlaşan qadınlara səsləndi
Həkim ana olmağa hazırlaşan qadınlara səsləndi

Dünyada artan “Delta” ştammının sürətlə yayılması səbəbi ilə reanimasiyaya ehtiyacı olan xəstələrin və ölümlərin sayında artım müşahidə edilir.

Bizimyol.info xəbər verir ki, Reproduktiv Sağlamlıq və Sonsuzluq Dərnəyinin İdarə Heyətinin başçısı, professor Ahmet Zeki İşık pandemiya zamanı valideyn olmağı planlaşdıran cütlüklərə öz tövsiyyələrini verib.

O, bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının 2021-ci ilin iyun ayına olan məlumatlarına görə, Covid-19 xəstəliyini hamilə qadınlar daha ağır keçirdə bilər. Bu da “Covid-19”a yoluxmuş hamilə qadınlarda erkən doğum və ölü doğumla nəticələnə bilər.

“Geniş yayılmış “Covid-19” delta variantının daha da yoluxucu olması səbəbindən hamilə qalmağı planlaşdıran bütün qadınların hamilə qalmazdan əvvəl iki doza peyvənd alması şiddətlə tövsiyə olunur.

Uşaq sahibi olmağı planlaşdıran cütlüklər, müalicəyə başlamazdan əvvəl peyvənd olunarlarsa, bu, müalicəyə heç bir mənfi təsir göstərməyəcək. Peyvənd olunduqdan bir neçə gün sonra müalicəyə başlayan cütlüklərdə heç bir problemlə rastlaşılmayıb. Bütün cütlərə ən qısa zamanda tam peyvənd olunmalarını tövsiyə edirəm.

“Covid-19” peyvəndlərinin kişilərdə və ya qadınlarda sonsuzluğa səbəb olduğuna dair heç bir şübhə yoxdur. “Covid-19” peyvəndi sperma sayını azaltmır və toplanan yumurta sayına və embrionun inkişafına təsir göstərmir. Digər tərəfdən, “Covid -19” xəstəliyi kişilərdə sperma miqdarını əhəmiyyətli dərəcədə azaldır, in vitro gübrələmə müalicəsində keyfiyyətli embrionların sayını azaldır və embrionun yapışmasına mənfi təsir edə bilir”.

Leyla, Bizimyol.info

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
Son xəbərlər
Bütün xəbərlər »