Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kişi orqanizminin qəribəlikləri: Kim kimin qabırğasından yaranıb?
Kişi orqanizminin qəribəlikləri: Kim kimin qabırğasından yaranıb?

Kişilərin dərisi qadınların dərisindən 25 faiz daha qalındır. Bu onların orqanizmindəki testosteron səviyyəsinin yüksək olması ilə əlaqəlidir.

Kollagen səviyyəsinin yüksək olması sayəsində kişilərin dərisi illər keçdikcə daha az təsirə məruz qalır, gec qocalır, gec, lakin dərin qırışır.

Kişi orqanizmi elə yaradılıb ki, onlarda da qadınlar kimi süd vəziləri inkişaf edə və süd verə bilərlər. Lakin kişilərdə bu hal normalardan kənara çıxmaq hesab olunur. Prolaktin hormonunun inkişaf etməsi belə problemin yaranmasına səbəb ola bilər. Bu hormonal pozuntuya hipofiz və hipotalamusun funksiyasının dəyişimi, apioidlərin qəbulu, uzunmüddətli aclıq səbəb ola bilir. Müxtəlif araşdırmalar zamanı məlum olub ki, kişilərin 30 faizi hormonal problemlərə görə özlərini qıcıqlanmış, əsəbi hiss edirlər və bu, qadınlardakı hamiləlik dönəmindəki bioloji vəziyyətə oxşardır. Bu dövrdə kişilərdə iştah artır və qarında anlaşılmaz spazmlar yaranır.

Kişilər rəng seçimində qadınlardan qat-qat zəifdirlər. Bu onların gözlərinin anatomik quruluşu ilə əlaqədardır. Orqanizmimizdə müxtəlif rənglərə görə işığa həssas olan hüceyrələr məsuldurlar. Onlar barədə məlumat X xromosomlarda toplanır. Qadınlarda X xromosom 2 olduğuna görə bu həssas rəng hüceyrələri də qadın gözlərində ikiqat artıqdır. Qadınlarda eşitmə, qoxu bilmə qabiliyyəti daha güclüdür. Buna qarşılıq olaraq kişilər isə parlaq işığa qarşı daha həssasdır. Bu da onlara ən incə detalları belə daha asanlıqla aydınlaşdırmağa kömək edir.

Kişilərin əksəriyyətində erkən dazlaşma başlayır. Bu, əsasən genetik şəkildə ötürülür. Əgər kişinin atası erkən yaşlarda dazlaşmağa başlamışdısa , onun özünün də dazlaşma şansı 60 faiz təşkil edir. Dazlaşmaya pis qidalanma və uzunmüddətli stress də səbəb ola bilir.

İstənilən insan embrionu ilk yarandıqda qadın embrionu olur. Yalnız 5-6 həftəlik inkişafdan sonra, xromosomlar aktivləşir və döldə kişilərə xas əlamətlər yaranmağa başlayır. (bu da o deməkdir ki, Həvva Adəmin yox, Adəm Həvvanın hissəsidir).

Həm qadınlarda, həm kişilərdə boğaz nahiyəsində qığırdaqlardan ibarət xirtdək adlanan çıxıntı var. Xirtəyin həcmi, böyüklüyü səsin yüksəkliyinə təsir edir. O nə qədər böyük olarsa, səs o qədər aşağı tonlarda olur.

Kişilərin ürəyi qadınlarla müqayisədə daha böyükdür. Qadınların ürək ağırlığı 200-280 qram, kişilərdə 250-390 qram arasında dəyişir. Qadın ürəyi oksigen ehtiyacını qarşılamaq üçün kişi ürəyindən daha çox döyünür. Qadınların ürəyi dəqiqədə 80 dəfə döyünürsə, kişilərdə 70 dəfədir.

Kişinin beyni qadın beyni ilə müqayisədə 14 faiz daha ağırdır.

Kişilər qadınlardan daha sürətli qocalır. 55 yaşında bir qadın bədən gücünün 90 faizini qoruyub saxladığı halda, kişilərdə bu 70 faiz olur.

Dəri altında olan yağ təbəqəsi daha nazik olduğu üçün kişilər qadınlardan daha pis üzür.

İlhamə, Bizimyol.info

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »