Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oğurladıqları pulları “tik tok” videolarına xərcləyiblər
Oğurladıqları pulları “tik tok” videolarına xərcləyiblər

Oğurladığı pullarla “tik tok” videoları çəkən Cəlilabad sakinləri saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-nin Mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarazəncir kəndi ərazisindəki evlərdən birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Mətləb Verdiyev və Samir Xəlilov saxlanılıblar. Onların ev sahibinin olmadığı vaxt həmin evə daxil olaraq oradan 4500 manat pul oğurladıqları müəyyən edilib.

Oğurladıqları pullarla və kirayə götürdükləri bahalı avtomobillə sosial şəbəkələrdə videogörüntülər paylaşan həmin şəxslər çox çəkmədən polis əməkdaşları tərəfindən saxlanılıblar. Aparılan araşdırmalarla M. Verdiyevin əlavə olaraq 1 yaşayış evi və 1 mağazadan ümumilikdə 620 manat nağd pul və 1 yardımçı tikilidən 500 manat dəyərində təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Putin Ağasandyanı Rusiyanın KTMT yanında yeni daimi nümayəndəsi təyin edib
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
Son xəbərlər
Bütün xəbərlər »