Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon Əfqanıstanı tərk edən sonuncu ABŞ hərbçisinin fotosunu yaydı
Pentaqon Əfqanıstanı tərk edən sonuncu ABŞ hərbçisinin fotosunu yaydı

ABŞ Əfqanıstanı tərk edən sonuncu hərbçisinin fotosunu yayıb. Pentaqonun rəsmi Tvitter hesabında dərc edilmiş və infraqırmızı kamera ilə çəkilmiş fotoda general-leytenant Kris Donahyu əks olunub. O, ABŞ ordusunun 18-ci hava-desant korpusunun komandanıdır.

Fotoya əsasən general əlində avtomat ABŞ Hərbi Hava Qüvvələrinin C-17 nəqliyyat təyyarəsinin göyərtəsinə qalxır. Onun təyyarəyə minməsindən sonra ABŞ Əfqanıstandan qoşunlarının çıxarılmasının başa çatdığını rəsmən elan edib.

Əfqanıstanda bir nəfər də olsun ABŞ hərbçisinin qalmadığını daha əvvəl-avqustun 31-nə keçən gecə ABŞ Mərkəz komandanlığının rəhbəri, general Kennet Makkenzi bəyan etmişdi. O bildirib ki, bütün Əfqanıstan hərbi kampaniyası zamanı ABŞ ordusu 2461 hərbçisini və mülki şəxsini itirib. Daha 20 minə yaxın ABŞ vətəndaşı yaralanıb.

“Taliban” nümayəndəsi Zabihulla Mücahid isə bəyan edib ki, ABŞ qoşunlarının çıxarılması ilə Əfqanıstan müstəqilliyinə qovuşub.

Xatırladaq ki, ABŞ Əfqanıstandan qoşunlarını mayın sonlarından etibarən çıxarmağa başlayıb, buna paralel olaraq “Taliban” sürətlə ölkənin vilayətlərini tutub, hökumət qüvvələrini sıxışdırıb. Avqustun 15-də isə “Taliban” paytaxt Kabili döyüşsüz tutub və Əfqanıstanda hakimiyyəti ələ alıb.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
Son xəbərlər
Bütün xəbərlər »