Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron “Taliban”la danışmağa hazırlaşır, Ərdoğan isə tələsmir
Makron “Taliban”la danışmağa hazırlaşır, Ərdoğan isə tələsmir

Fransa prezidenti Emmanuel Makron TF1 telekanalının efirində dünya birliyinin Taliban üçün şərtlər qoyduğunu söylədi.

Bizimyol.info saytının Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Makron deyib ki, Talibanla danışıqlar aparmaq onların rəsmi tanınması demək deyil. Makron, hərəkatın Kabulu və bütün Əfqanıstanı nəzarət altına aldığı üçün hökumətlərin Talibanla əlaqə saxlamaq məcburiyyətində qaldıqlarını izah etdi. Onun sözlərinə görə, buna görə də onlarla praktik baxımdan danışıqlar aparmalıyıq. Fransa prezidenti qeyd edib ki, Taliban üçün şərtlər qoyulub.

Prezident “Taliban” hərəkatının rəsmi tanınmasının şərtlərini sadalayıb. Əvvəla, bunlar insan hüquqlarına riayət olunmasına aiddir. Bundan əlavə, Talibandan Əfqanıstandakı terror qrupları ilə əlaqə qurmamaq tələb olunurdu. Makrona görə, Taliban "Əfqan qadınlarının ləyaqətinə" hörmət etməlidir.

Bu məsələ ilə bağlı Bizimyol.info saytına danışan politoloq Elşən Manafov bildirib ki, tarixən Əfqanıstanda geopolitik mübarizə Rusiya və Böyük Britaniya arasında gedib: “Əfqanıstan “İmperiyalar bataqlığı” adlanır. Fransa da Avropa İttifaqının mühüm bir üzvü olaraq, Əfqanıstana maraq göstərir. Lakin Suriya problemi qədər Fransanı narahat etməsə də, Fransa və ABŞ gələcəkdə ola biləcək problemlərdən bir növ sığortalanmaq üçün, geopolitik proseslərdə iştirak etmək niyyətindədir. Əfqanıstanın yeraltı və yerüstü sərvətləri var, bir çox qüvvələr bu proseslərdən öz dividentini götürməyə çalışacaq”.

O qeyd edib ki, “Taliban” faktiki olaraq Əfqanıstanı idarə edən hakim qüvvədir, lakin “legitim” sayıla bilməz: “Çünki “Taliban” seçkilərlə hakimiyyətə gəlməyib.

“Hazırda ÇİN taliblərlə yaxınlaşmaqda maraq göstərir və hətta onlara kredit də ayırmağa hazırdır. Rusiya “Taliban”ı siyasi qüvvə kimi tanımasa da, danışıqlar aparır. Qərb koalisiyası isə Əfqanıstanı itirdiyini anlayır, amma regiondakı proseslərdən kənarda qalmaq istəmir”.

Türkiyə bu gün Suriyada, Liviyada fəallıq göstərir və hətta özünün NATO-dakı müttəfiqləri ilə rəqabət aparır.

“Türkiyənin regionda fəallaşmasında Britaniyanın maraqları var. Bir zaman Cənubi Qafqazda Türkiyəni Rusiya ilə qarşı-qarşıya qoymaq istəyirdilər, indi də Əfqanıstanda Rusiya ilə rəqabətə sürükləmək niyyətindədirlər. Lakin Ərdoğan anladı ki, bu proseslərdə Türkiyə zərər görə bilər, ona görə də, ehtiyatlı yanaşmaya üstünlük verdi. Azərbaycanın isə Əfqanıstanla elə böyük iqtisadi dövriyyəsi olmayıb. Əfqanıstanda baş verənlər Azərbaycana elə də ciddi təsir etmədi. Amma miqrant axını baxımından, Azərbaycan öz sərhədlərinin mühafiəzi üçün ciddi tədbirlər görməli olacaq”, - deyə politoloq əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »