Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan hökuməti Azərbaycanı ittiham edir, “Qızıl Xaç” isə şərh etmək istəmir
Ermənistan hökuməti Azərbaycanı ittiham edir, “Qızıl Xaç” isə şərh etmək istəmir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ictimaiyyətə beynəlxalq itkin düşmüşlər günü münasibətilə etdiyi müraciətdə bildirib ki, guya Azərbaycanda saxlanılan erməni əsirlər işgəncəyə məruz qalırlar.

“Rəsmi Bakı da Azərbaycanda AİHM-in erməni əsir və girovlar haqqında məlumat verilməsi ilə bağlı müvafiq qərarlarını açıq şəkildə görməzdən gəlir. Beynəlxalq humanitar hüququn tələblərini, Cenevrə Konvensiyalarını və 9 Noyabr 2020 -ci il tarixli üçlü bəyanatın 8 -ci bəndini kobud şəkildə pozan Azərbaycan, əsirlərin geri qaytarılmasının qarşısını almağa davam edir. Bu arada, Azərbaycanın yüksək rəhbərliyi tərəfindən həyata keçirilən ardıcıl erməni düşmənçiliyi siyasətinin davamı olaraq, Azərbaycanda əsir və girov olan erməni işgəncələrə, qeyri-insani və alçaldıcı rəftara məruz qalır. Yaşama hüquqlarından məhrum edilmə halları artıq qeydə alınıb. Erməni hərbi əsirlərə qarşı qanunsuz və uydurma məhkəmələr davam edir”, - deyə müraciətdə bildirilir.

Bizimyol.info məsələyə aydınlıq gətirilməsi və bu ittihamların nə dərəcədə doğru olduğunu araşdırmaq qərarına gəldi.

Bu məqsədlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Bizimyol.info saytına bildirib ki, BQXK Azərbaycanda saxlanılan şəxslərlə bağlı vaxtaşırı görüşlər keçirir, onların saxlanılma şəraiti ilə maraqlanır.

“Lakin orda gördüklərimiz və eşitdiklərimizlə bağlı biz ikitərəfli dialoq komissiyasına məlumat veririk. Bu tip məlumatlar konfidensiyaldır və cəmiyyətə açıqlanmır”, - deyə İ.Hüseynova bildirdi. “Azərbaycanda erməni əsirlər doğrudan da işgəncəyə məruz qalıbmı? Siz məsələni şərh etmək istəmirsiniz?” deyə təkrarən soruşduq.

BQXK nümayəndəsi cavab verdi: “Biz bu məlumatı şərh edə bilmərik”.

Əlbəttə ki, təəccüb doğuran məqamdır ki, BQXK bu ittihamlara aydınlıq gətirmək istəmir. Halbuki, beynəlxalq qurumun bu açıqlaması ictimaiyyət üçün faydalı ola bilərdi. Beynəlxalq təşkilatın nümayəndəliyində ictimaiyyətlə əlaqələr şöbəsi yaradılır, amma o şöbə məlumatı ictimaiyyətlə bölüşmür. Belə olduğu halda, “ictimaiyyətlə əlaqələr” n üçündür?

Xatırladaq ki, bu gün BQXK Azərbaycan nümayəndəliyinin rəhbəri Arian Bauer Bakıda əsir və itkin düşmüş şəxslərlə bağlı keçirilən tədbirdə iştirak edib.

O bildirib ki, İkinci Qarabağ müharibəsi əsir, itkin, girov düşmüş şəxslərə diqqəti bir daha artırdı və itkin düşmüş şəxslərin ailələri öz yaxınları barədə xəbərlər gözləyirlər: “Biz yenə də dövlətlərə dəstəyimizi göstərəcəyik ki, o ailələrə məlumatları çatdıraq. Bundan sonra da əsir və itkin düşmüş şəxslərlə bağlı məlumatların dəqiqləşdirilməsi üçün dövlətlərə dəstək göstərəcəyik”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov isə bildirib ki, Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3890, Beynəlxalq Qırmızı Xaç komitəsində isə 3807 nəfər Azərbaycan vətəndaşı itkin və girov götürülmüş şəxs kimi qeydiyyatdadır.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »