Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Cənab Qriqoryan, nə baş verir? Siz müharibəyə hazırlaşırsınız?..”
“Cənab Qriqoryan, nə baş verir? Siz müharibəyə hazırlaşırsınız?..”

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində regionda yeni müharibə riskinin olduğunu təsdiqləyib.

virtualaz.org xəbər verir ki, Qriqoryan regionda yeni müharibə təhlükəsinin heç vaxt aradan qalxmadığını bildirib. O, Ermənistanda ehtiyatda olan hərbçilərin üç aylıq toplanışa çağırılması ilə bağlı danışarkən bunları deyib.

Aparıcı Qrayr Tamrazyan Azərbaycan prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi və Ermənistanın yenidən silahlanmasına cavab olaraq Bakının atacağı qabaqlayıcı addımlar barədə son bəyanatlarını da xatırladaraq soruşub:

-Cənab Qriqoryan, gəlin ehtiyatda olan hərbçilərin üç aylıq toplantısı haqda danışaq. Nə baş verir? Siz müharibəyə hazırlaşırsınız? Yeni qəfil hücum təhlükəsi varmı?

Armen Qriqoryan deyib:

-Azərbaycanla bizim aramızda hansısa müqavilə yoxdur ki, indi biz onun qəfil pozulması haqda danışaq. Aydındır ki, 10 noyabr üçtərəfli bəyanatı regionda müəyyən stabilizasiyaya gətirib çıxardı, amma məsələni tam həll edə bilmədi.

Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, dəhlizin məcburən açılmasına gəldikdə isə Ermənistan ordusu və ölkənin müdafiə sistemi Ermənistanın suveren ərazilərini müdafiə etməyə hazırdır. O, Ermənistanın regionda bütün kommunikasiyaların eyni vaxtda açılmasının tərəfdarı olduğunu bildirib.

"Üç aylıq toplantıya gəldikdə bu, ordu islahatlarının məntiqinin bir hissəsidir. 44 günlük müharibə zamanı bizim ehtiyatdan çağırılan qüvvələrin hazırlığı ən ciddi məsələlərdən biri idi. Biz bu məqamı nəzərə alaraq üç aylıq toplantılar təşkil edirik. Müdafiə qabiliyyətimizi artırmaq, səfərbərlik resursundan effektiv istifadə etmək istəyirik.

Regionda destablizasiyaya gəldikdə isə müharibə təhdidi heç vaxt aradan qalxmayıb. Heç kim deyə bilməz ki, regionda müharibə təhdidi yoxa çıxıb",-Qriqoryan deyib.

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Fəaliyyətinə icazə verilən qapalı məkanlara yalnız COVID pasportu olanlar buraxılacaq
››› Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
Son xəbərlər
Bütün xəbərlər »