Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir kreslosundan kuryer velosipedinə - Dünya ondan danışır
Nazir kreslosundan kuryer velosipedinə - Dünya ondan danışır

Sosial media və xəbər agentlikləri bir müddətdir Almaniyada kuryerlik edən keçmiş nazirdən danışır. Söhbət Əfqanıstanın sabiq Texnologiya və Rabitə naziri Sayed Əhməd Saadatdan gedir. O 2020-ci ildə Əfqanıstandan ayrıldıqdan sonra Almaniyanın Saksoniya vilayətində velosipedlə kuryerliyə başlayıb.

O, Əfqanıstandakı korrupsiyadan bezdiyinə görə işindən istefa verdiyini, indi məşğul olduğu kuryerlikdən utanmadığını bildirib.”İş işdir burda utanılacaq bir şey yoxdur”. Həftə içi 6 saat, həftə sonları isə 10 saat işlədiyini deyən Saadat hər saatına 15 dollar qazanır.Bu da onun məsrəflərini tamamilə qarşılayır.

O Alamaniyada olmaqdan peşmanlıq duymadığını, Əfqanıstanla bağlı alman hökumətinə tövsiyələr verməyə hazır olduğunu bildirib. Saadat həmçinin qeyd edib ki, dünya ictimaiyyəti əfqan xalqına arxa çevirməməlidir, Taliban isə ola bilsin, qadınlarla bağlı keçmiş xətalarından dərs alar.

Qeyd edək ki, 2016-2018-ci illərdə ölkəsində nazir vəzifəsində olmuş Saadat 2020-ci ildə Əfqanıstanı tərk edib. Ona Almaniya ilə yanaşı İngiltərədən də yaşama və iş təklifləri gəlib. Sabiq nazir Almaniyanı seçib.

Hazırladı : İlhamə, Bizimyol.info

Paylaş »
››› İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »