Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FHN əməkdaşı dələduzluqda ittiham olunur
FHN əməkdaşı dələduzluqda ittiham olunur

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşının dələduzluq etməsi ilə bağlı Bərdə Rayon Prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bizimyol.info xəbər verir ki, Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan istintaq zamanı müəyyən edilib ki, Quliyev Elvin Afiq oğlu FHN-in Mühafizə Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından Mühafizə dəstəsinin inspektoru vəzifəsində işləyərkən tanışı Fikrət Hüseynovun övladı Rüfət Hüseynovu həmin Xidmətdə yanğınsöndürən vəzifəsinə təyin etdirəcəyini yalandan vəd verib, 2021-ci ilin fevralın 15-də Fikrət Hüseynovdan 10 min manat məbləğində pulu alaraq öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib, bu əməli ilə də sonuncunu rüşvət verməyə təhrik edib.

Elvin Quliyev Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »