Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arıqlama poeziyası
Arıqlama poeziyası

"Qarşında çoxsa da günahım, şəhər,

Nə pərvanə döndü, nə şam, qayıtdıq".

Bu "şeir"i səhər oxuyanda xeyli kalori itirdiyimi hiss etdim. Bunu oxumaq artıq çəkidən əziyyət çəkənlər üçün yaxşı tibbi prosedurdur, məncə. "Şair"lərin başmaq seyrindən sonra əttökən poeziyamız xeyli "zənginləşməyə" başlayıb...

Deyirəm, vallah piyi də əridər bu "şedevr"lər...

Düzü, bu şam söhbəti mənə bir az qaranlıq qalsa da, ortada bir pərvanə olduğundan da şübhəyə düşmədim heç. Amma bunlarla uğraşmaq həvəsim də yox. Məmləkətdə xeyli zənən xeylağı var, arıqlamaq peşində. Elə kişilərdə də bu moda minib. Eşidirik də, çoxu da görürsən, gedir o mərəzə bulaşır. Narkotik tərkibli dərman yeyir ki, arıqlasın. Sonra da narkoman olub gedir.

Adam, sən bir dur! Musa Urudun "şeir"ləri olan yerdə nə ağlarsan, nə bozlarsan?! O qədər pul səpib narkodərman "dərincə", aç, deputat-şair Musa müəllimin külliyyatını oxu, feyziyab ol. Bir baxarsan ki, bircə həftənin içində sərv ağacı kimi şümal bir cüvənəzənsən.

Musa Quliyev Musa Urud (Quliyev)

Bax, Musa müəllim özü də həkimdir ha. Daha ondan da çarə ummayıb, kimdən umacaqsan. Sosial siyasət komitəsinin başbiləninin müavinidir Milli Məclisdə. "On barmaqda on mərifət", bax, buna deyərlər. Həm şair, həm deputatdı. Həm Yazıçılar Birliyində İdarə Heyətinin üzvüdür. Milli Məclis adından Əlcəzairlə, Braziliya ilə, Qazaxıstanla, Pakistanla və Litva ilə əlaqə qurandır. Anlayacağınız, Şimali Avropadan Mərkəzi Asiyaya qədər, Şimali Afrikadan Cənubi Amerikaya qədər böyük bir ərazini bu kişiyə tapşırıblar. Allahın bir dənə xidməti "Boeing"ini də verməyiblər adama. İndi bu boyda ərazini necə gəzib-dolaşsın?!

Yəni ki, işi başından aşır. Bu qədər iş-gücün arasında sən hələ dur şeir də yaz, camaatın fiziki ölçülərinin korreksiyasına öz bədii töhfəni ver. Bravo, vallah!

Qara Şəhərli

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
Son xəbərlər
Bütün xəbərlər »