Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daşınmaz əmlak bazarında son durum: “Qorxudan pulu nağd şəkildə saxlayırlar”
Daşınmaz əmlak bazarında son durum: “Qorxudan pulu nağd şəkildə saxlayırlar”

Mənzil sahibi olmaq bir çox ailələrin ən böyük arzusudur desək, yanılmarıq. Çünki ailələr var ki, illərlə kirayələrdə yaşayır, qazancının xeyli hissəsini bunun üçün ayırmalı olur. Son illərdə müxtəlif kredit növləri çıxmasına baxmayaraq, ev almaq sanki daha da çətinləşib. Kreditə salam verib, əlini uzadırsan, o sənin qolunu da qopardır.

Qlobal böhranın yeni başladığı dönəmlərdə isə əmlak bazarında tamamilə durğunluq yaşandı. Səbəb çox sadə idi. İnsanlarda sabaha inamın qalmaması…

Hazırda əmlak bazarında vəziyyətin necə olması ilə bağlı əmlak üzrə ekspert Elnur Fərzəliyev danışıb. Ekspert Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, pandemiya dönəmi süni şəkildə yaradılmış bir əngəl idi.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

“Yəni, insanlar evdən çölə çıxa bilmirdilər, ev satan insanlar belə kənar şəxsi evinə buraxmaq istəmirdilər, xarici ölkələrlə əlaqələr kəsilmişdi.

Nəzərə alaq ki, əmlak alıcılarının böyük bir hissəsi Rusiyada yaşayan azərbaycanlılardır və onlar gəlib burada yatırım edirlər. Bank sferasının dondurulması, insanların gediş-gəlişində manelər onlarda imkan vermirdi ki, alqı-satqı prosesləri getsin. Bu baxımdan həmin vaxt alqı-satqı tamamilə dayanmışdı. Amma sərt karantin aradan qaldırıldıqdan sonra alqı-satqılar stabil vəziyyətə düşüb. Lakin yenə də pandemiyadan əvvəlki dövr kimi deyil.

Əmlak alıcılarının böyük əksəriyyəti təkrar alıcılardır. Yəni, adamın gəlir mənbəyi var, pulu evdə, bankda saxlamır və əmlaka yatırır. Hazırda isə bütün dünyada vəziyyət elədir ki, istənilən an qapanma baş verə bilər. Bunun qorxusundan da insanlar pulu nəğd şəkildə saxlayırlar ki, bir müddət dolansınlar, bizneslərinin çökməməsi üçün istifadə etsinlər”.

Ekspertin sözlərinə görə, pandemiyadan əvvəlki dövrdə insanlar əmlakı alırdılar və istədikləri vaxt sata bilirdilər. Bu gün isə istənilən vaxt satış etmək məsələsi çətindir.

“Çünki o qədər kreditlə satılan mənzillər, layihələr var ki, insanlar kredit üsulunu seçirlər. Kreditlə mənzil alanlar adətən mənzilə ehtiyacı olan insanlardır. Bunun üçün də nəğd mənzil satışı əvvəlki formada getmir”.

Leyla Mirzə

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »