Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Zəngəzur dəhlizi yubandıqca, itirən Ermənistan tərəfi olacaq”
“Zəngəzur dəhlizi yubandıqca, itirən Ermənistan tərəfi olacaq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanı Azərbaycanla hərtərəfli sülh sazişi üçün danışıqlara başlamağa, birtərəfli ittihamlara son verib konstruktiv siyasət yeritməyə səsləyib.

R.T.Ərdoğan Bosniya və Herseqovina və Monteneqroya səfərdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Üçtərəfli bəyannamədə razılaşdırıldığı kimi bütün bölgəni birləşdirməklə Cənubi Qafqazı dəyişdirən yeni imkanlar formalaşacaq. Bu tarixi fürsətdən yaxşı istifadə etmək istəyən bütün tərəflərlə işləməyə hazırıq. 5 və ya 6 platforma tövsiyəmiz var. Bu platformaya Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistan daxildir. Hətta dedik ki, bura Gürcüstanı da daxil etməliyik. Platforma bu şəkildə qəbul olunsaydı, düşünürəm ki, bölgə daha rahat olardı. Çünki bölgədə dəmir yolu və avtomobil yollarının çəkilməsinə ehtiyac var. Belə bir addım atmaqla bölgədəki problemləri aradan qaldıracağıq. Bunları cənab Putinlə müzakirə edərkən razılaşdıq. Eyni şəkildə İlham Əliyevlə razılaşdıq. Bu arada İranda prezident dəyişikliyi oldu. Bu barədə İranın yeni prezidenti ilə də danışa bilərik" (report.az).

Bizimyol info isə Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan “Azadlıq” radiosunun Ermənistan xidmətinə müsahibədə Azərbaycanla delimitasiya prosesinə hazırlıq görüldüyünü deyib: ”Ermənistan delimitasiya prosesinə hazırdır və Azərbaycandan müvafiq reaksiyanı gözləyir. Rusiya sərhədçiləri Bakı ilə Yerevan arasında delimitasiya və demarkasiya prosesi bitdikdən sonra iki ölkənin sərhədinə yerləşdiriləcək”.

Lakin Qriqoryan Zəngəzur dəhlizi məsələsinə toxunaraq, ölkəsini Rusiya ilə birləşdirmək üçün Azərbaycandan dəhliz istədiklərini də əlavə edib.

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, regionda nəqliyyat sisteminin formalaşması üçün ən zəruri amil Zəngəzur dəhlizidir.

Asim Mollazadə Asim Mollazadə

“Yalnız Zəngəzur dəhlizi işə düşdükdən sonra, hansısa formatdan, yeni ölkələrin də prosesə cəlb olunmasından və yeni layihələrdən söz gedə bilər”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, artıq üçtərəfli işçi qrup yaradılıb, bu istiqamətdə işlər gedir: “Ermənistan tərəfi öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə gecikir, ona görə də, hələ konkret nəticələr yoxdur. Lakin ümid edirəm ki, Ermənistan hökuməti Azərbaycanın ünvanına səsləndirdiyi ittihamlara, qonşulara qarşı ərazi iddialarına son verərək, konstruktiv düşünəcək və öz xalqının gələcəyi üçün gərəkən addımları atacaq”.

Asim Mollazadənin sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycandan çox, Ermənistanın özünə lazımdır: “Bu dəhlizin açılması ilə bölgədə sülh və əminamanlıq dövrünün başlamasına zəmin yaranacaq. Türkiyə də öz növbəsində Ermənistanla sərhədləri açaraq, münasibətləri yaxşılaşdıra bilər. Hazırda məsuliyyət Ermənistanın hökumətindədir və onlar bu məsələni yubatmamalıdır. Onlar anlamalıdır ki, Zəngəzur dəhlizi yubandıqca, itirən Ermənistan tərəfi olacaq”.

O, İranın bu formata qoşulması məsələsini də şərh edib: “İrana yeni format öz müttəfiqləri Ermənistan və İranla əlaqələri inkişaf etdirmək üçün lazımdır. İranın yeni nəqliyyat sistemində maraqları sırf bu baxımdan şərh oluna bilər”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »