Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Talibandan təhlükəsizlik zəmanəti alan jurnalist qadın ölkədən qaçdı
Talibandan təhlükəsizlik zəmanəti alan jurnalist qadın ölkədən qaçdı

Əfqanıstanlı jurnalist xanım Behesta Argand 2004-cü ildə Taliban hakimiyyətə gələrkən onların nümayəndəsi və eyni zamanda Taliban zülmündən əziyyət çəkmiş müxalifətçidən müsahibə almaqla adını dünyaya tanıtmışdı. 20 il sonra yenidən hakimiyyətə qayıtmış Talibanın gələcək fəaliyyəti insanlarda əminlik yaratmır.Qorxular var. Bununla belə bu xanım yenidən Talibanla müsahibə etmək fikrinə düşüb və istədiyinə nail olub.

Qadınlara qarşı sərt və güzəştsiz mövqeləri ilə bilinən Talibanlar Arqandın proqramında qonaq olmağa razılıq vermiş və bir nümayəndələrini milli telekanala göndərərək mülayim mesajlar ötürmüşlər. Bununla belə Behesta Argand qorxu işində olduğunu söyləyərək,2 gün sonra ölkəni tərk etmək qərarı verib. Hərçənd Taliban Behesta Argandın qorunma altında olacağına, zərər görməyəcəyinə zəmanət vermişdi. Bununla belə jurnalıst xanım özünü təhlükəsizlikdə hiss etmədiyini bildiriərək Qətər Hava Qüvvələrinə məxsus təyyarə ilə ölkədən çıxıb. Taliban nümayəndəsi ilə reportaj barədə danışan Bahesta bildirib ki, bunu əfqan qadınları üçün edib.”Ölkəni tərk edirəm, çünkli milyonlarla insane kimi mən də Talibandan qorxuram, güc var,Ş lakin kontrolsuz güc var.Taliban verdiyi bütün yaxşı sözləri tutarsa, vəziyyət sabitləşərsə geri dönəcəm, ölkəm və xalqım üçün çalışacam”,- deyə jurnalist xanım qeyd edib.

Telekanalın rəhbəri Saad Möhsen bildirib ki, bütün tanınmış müxbirlər və jurnalistlər ölkəni tərk ediblər.

Hazırladı: İlhamə, Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
Son xəbərlər
Bütün xəbərlər »