Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ərdoğanın təklifini qəbul etmək üçün Paşinyan əvvəlcə icazə almalıdır”
“Ərdoğanın təklifini qəbul etmək üçün Paşinyan əvvəlcə icazə almalıdır”

“Ermənistan birtərəfli ittihamlar əvəzinə, gələcəyə baxan və həqiqəti əks etdirən mövqeyə sahib olmalıdır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina və Monteneqroya səfərdən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

R.T.Ərdoğan deyib ki, Türkiyə yalnız bu halda Ermənistanla mərhələli şəkildə əlaqələrini normallaşdıra bilər: “Bölgəmizdə yeni, konstruktiv münasibətlərə ehtiyac var. Baxış və gözləntilərdə fərqliliklər olsa da, bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət də daxil, qarşılıqlı etimad əsasında yaxşı qonşuluq münasibətləri qurmaq üçün səmimi səy göstərmək məsuliyyətli bir davranış tərzi olacaq. Yaxın tarix düşmənçilik qaynağı olmamalı, davamlı sülh və birlikdə yaşamaq üçün konstruktiv addımlar atılması lazımdır. Bu yöndə irəliləməyə hazır olduğunu bəyan edəcək bir Ermənistan hökuməti ilə münasibətlərimizi mərhələli şəkildə normallaşdırmaq üçün çalışa bilərik. Artıq barış və sabitliyi davamlı hala gətirib, iqtisadi inkişaf və regional əməkdaşlıq şəraitini təmin etməliyik” (apa.az).

Bizimyol.info xatırladır ki, avqustun 27-də Ermənistanın baş naziri Nikol Paşinyan ​nazirlər kabinetinin müşavirəsində Türkiyədən bölgədə sülhün bərqərar olması istiqamətində müsbət siqnallar aldğını bildirib.

"Deməliyəm ki, Türkiyədən bəzi müsbət ictimai siqnallar aldıq. Bu siqnalları qiymətləndirəcəyik, müsbət siqnallara müsbət siqnallarla cavab verəcəyik”, - deyə Paşinyan qeyd edib.

“Müsbət siqnallar”, yaxud, Ərdoğanın çağırışları Ermənistanın qeyri-stabil siyasətinə necə təsir edəcək? Və sülh sazişinin bağlanması istiqamətində real addımlar görə biləcəyikmi?

Gülsel Səfərova Gülsel Səfərova

Bu və digər məqamlarla bağlı Bizimyol.info saytına danışan siyasi analitik Gülsel Səfərova bildirib ki, Türkiyə rəhbərliyi Ermənistana oxşar çağırışları dəfələrlə edib:

“Ərdoğan bundan əvvəl də Ermənistan-Türkiyə sərhədlərinin açılması və münasibətlərin bərpasının İrəvandan asılı olduğunu demişdi. Təbii ki, Ermənistan rəhbərliyi də yaxşı bilir ki, regiondakı gedən mühüm iqtisadi ​ proseslərdən kənarda qalıb və bu vəziyyət Ermənistan xalqına heç də yaxşı gələcək vəd etmir. Daim qonşulara qarşı ərazi iddiaları, şovinist əhval-ruhiyyə Ermənistana heç nə vermədi”.

Analitik qeyd edib ki, Nikol Paşinyan 44 günlük müharibədəki məğlubiyyətindən sonra xalqına nəsə verməlidir: “Yəni, Paşinyan ölkənin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmalı, ölkəsini böhrandan çıxarmalıdır.​ Bunun üçün isə bölgədə sülh və sabitlik olmalıdır və Azərbaycanla, Türkiyə ilə münasibətlər normallaşmalıdır”.

Lakin Gülsel Səfərovanın fikrincə, Ərdoğanın təklifini qəbul etmək üçün, Paşinyan hökuməti əvvəlcə icazə almalıdır: “Ermənistan son 30 ildə bir gün də olsun müstəqil siyasət yürütməyib. Hazırda da Ermənistan hakimiyyəti müəyyən xarici dairələrdən asılıdır və onlardan icazə almalı olacaq. Ermənistanın sülh sazişinə imza atması, bölgədə sabitliyin bərqərar olması deməkdir. Lakin Ermənistanın həm iqtidarında, həm də müxalifətində anti-türk əhvalda və xaricdən əmr alan qüvvələr buna asanlıqla imkan verməyəcəklər”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Azərbaycanın peyvənd pasportu Türkiyədə qəbul olunmadı
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
Son xəbərlər
Bütün xəbərlər »