Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qardaşını öldürərək transformatorun içərisində gizlədib
Qardaşını öldürərək transformatorun içərisində gizlədib

Avqustun 28-i saat 20 radələrində Bərdə rayonunun Hacallı kənd sakini 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin kənd ərazisində transformatorun içində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü İnayət Nəzərovun tanışı 1988-ci il təvəllüdlü Şəhriyar Məmtiyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kənd ərazisindəki subartezian quyusunun yanında Səxavət Nəzərova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, daha sonra onun ölmədiyini görüb transformatorun içərisinə salaraq qəsdən öldürdükləri müəyyən olunub.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İnayət Nəzərov və Şəhriyar Məmtiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda istintaq davam edir.

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »