Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kür çayında batan yeniyetmənin meyiti tapılıb
Kür çayında batan yeniyetmənin meyiti tapılıb

Kür çayının Salyan rayonundan keçən hissəsində boğulan yeniyetmənin meyiti tapılıb.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avqustun 29-da nazirliyin "112" qaynar telefon xəttinə Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Baxışov Emil Əziz oğlunun batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Yeniyetmə Emin Baxışovun meyiti ötən gecə FHN-in dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, ötən gün axşam saatlarında Salyanın 3 sakininin olduğu qayıq çevrilib. Hadisə nəticəsində 2 nəfər xilas olub, E.Baxışov isə çayda bataraq boğulub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »