Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan ən yeni PUA-nın Türkiyə ordusuna qəbul edildiyini bildirib
Ərdoğan ən yeni PUA-nın Türkiyə ordusuna qəbul edildiyini bildirib

Yeni uzaq mənzilli pilotsuz uçuş aparatı “Bayraktar Akinci” Türkiyə ordusunun silahlandırılmasına daxil olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib.

"Bu gün biz dünyada ən yaxşı silahlardan biri, ağır “Bayraktar Akinci” pilotsuz uçuş aparatının ordumuzun arsenalına əlavə olunmasını alqışlayırıq. Bu, bizim müstəqilliyimizin daha bir simvoludur. Türkiyə belə texnologiyalara malik üçüncü aparıcı ölkə oldu. Biz Türkiyəni pilotsuz qırıcı texnologiyaları sahəsində lider etməyə tam qətiyyətliyik", - Tekirdağda pilotsuz uçuş aparatının təqdimatı mərasimində çıxış edən Ərdoğan deyib.

O, əlavə edib ki, bu vasitələri 10 il əvvəl Türkiyəyə satmayanlar bu gün Türkiyənin dünya meydanında oyun qaydalarını dəyişdirən PUA-sından danışırlar.

"Biz gücümüzü pilotsuz təyyarələrin istehsalı texnologiyası ilə bütün dünyaya sübut etdik. Türkiyə yalnız (silah-red) idxal edən ölkə olmasını dayandırıb, biz özümüz hazırlamağa və satmağa başladıq. “Akinci”nin gəlişi ilə yeni səviyyəyə çıxırıq", - Türkiyə lideri qeyd edib.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »