Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəmi bir şagirdi olan sinif: Yeməkxanası və idman zalı da var
Cəmi bir şagirdi olan sinif: Yeməkxanası və idman zalı da var

Postsovet məkanının bir çox ölkələrində hələ də sovet dövründə olduğu kimi, məktəbdə dərslər sentyabrın 1-də başlayır. Rusiyada da yeni tədris mövsümünün startına bir neçə gün qalıb. Qonşu ölkədə hətta sinifdə bir şagirdin oxuyacağı məktəb var.

Bizimyol.info xəbər verir ki, İrkutsk vilayətinin Bolşoy Kaşelak kəndində birinci sinfə gedən 7 yaşlı uşaq tək oxumalı olacaq. Dima Valeyev kənddə məktəbə getməli olan yeganə uşaqdır. Onun qardaşı da bu məktəbdə oxuyur. Amma ikinci sinifdə təhsil alan Dimanın qardaşı müəllimlərə tək qulaq asmaq məcburiyyətində qalmır.

Bolşoy Kaşelak kəndində məktəb dördillikdir. Şagirdlər beşinci sinifdən qonşu kəndə üz tutmalı olur. Dimanın gəlişi ilə Bolşoy Kaşelak kənd məktəbində şagirdlərin sayı 7-yə çatır.

Yerli mətbuata danışan məktəbin müəllimi İnna Dyaçenko deyib ki, onların işi asan deyil. Çünki məktəbdə cəmi iki müəllim işləyir: “Yalnız ibtidai siniflərin qarşısına çıxırıq. Müxtəlif yaşlarda olan şagirdlərə eyni vaxtda dərs demək lazım gəlir”.

İnna Dyaçenko hesab edir ki, sinifdə bir şagirdin oxumasına təəccüblənməyə dəyməz. Çünki bu bölgədəki kəndlər üçün xarakterik haldır. İbtidai sinif müəllimi əvvəllər də belə hallarla rastlaşıb.

Dyaçenkonun sözlərinə görə, işlədiyi məktəbdə şərait xeyli yaxşılaşdırılıb. Yeməkxana, idman zalı tikilib. İndi ayaqyolu da içəridədir: “Daha şagirdlərə çölə çıxmağa ehtiyac qalmır”.

Mayda Yakutiyanın Tomponsk vilayətində 11-ci sinfi cəmi bir şagird bitirmişdi. Bu haqda Rusiya mətbuatında yazılmışdı. Həmin şagird məktəbə də sinifdə tək oxumaqla başlayıbmış. Zamanla sinif yoldaşları peyda olub. Yəni başqa məktəblərdən gələnlər qeydə alınıb. Amma onların heç biri sona qədər yoldaşlıq etməyib. Beləcə, məktəbi sinfin yeganə şagirdi kimi bitirmək taleyindən qaçmaq mümkün olmayıb. Dima Valeyevi də belə müqəddərat gözləyə bilərdi. Lakin o, beşinci sinifdən qonşu kənddə oxumalı olacaq.

Bizimyol.info

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »