Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yoxsul ölkədə kişilər manikür etməklə dolanır - Foto, Video
Yoxsul ölkədə kişilər manikür etməklə dolanır - Foto, Video

Mərkəzi Afrika Respublikası qonşusu Cənubi Sudan və yaxın coğrafiyanın bir sıra dövlətləri ilə birlikdə dünyanın ən kasıb ölkələrindən sayılır. İşsizliyin, yoxsulluğun səviyyəsinin yüksək olması buranı təhlükəli səyahət istiqamətinə çevirib. Mərkəzi Afrika Respublikasında insanlar iş imkanları üçün qitənin başqa dövlətlərinə üz tutmalı olur. Həyatda qalmaq üçün ölkədə bəzən ənənəvi olmayan işlərə baş qoşmaq lazım gəlir.

Bizimyol.info xəbər verir ki, Mərkəzi Afrika Respublikasında kişilər manikür etməklə pul qazanmağa çalışır. Deboner Koli məhz belə dolanmaq yolu tapıb. O, əvvəlcə manikür etməyi öyrənib, sonra isə paytaxt Banqidə gözəllik salonu açıb. Koli deyir ki, bir çox ölkələrdə olduğu kimi, Mərkəzi Afrika Respublikasında da manikür, pedikür işləri kişiyə yaraşdırılmır. Amma Deboner işini sevməyə başlayıb.

“Banqidə qadınlar manikür ustası işləməyə maraq göstərmir. Buna görə də kişilər bu işlə məşğul olmağa başlayıb. Əvvəlcə bu işi konqolular görürdü. Onlar daim bir yerdən başqa yerə köçürlər. Müştəri qadınlar əziyyət çəkməyə başlamışdı”.

Mərkəzi Afrika Respublikasında kişilər manikür etməklə dolanır Foto: Euronews

Debonerin 27 yaşı var. Onun 25 yaşlı qardaşı da birlikdə gözəllik salonunda manikür, pedikür işləri görür. Bu, Emmanuelə oxuduğu tibb kollecində təhsil haqqını ödəməyə kömək edir.

Gözəllik salonu deyəndə hər cür şəraiti olan obyekt təsəvvürü yaranmasın. Qardaşlar hər tərəfi taxta ilə örtülmüş bir yerdə işləyirlər. Buranın düz-əməlli qapısı da yoxdur. Müştərilər növbəsini balaca kətillərin üzərində əyləşərək gözləyir. Şəraitsizliyə baxmayaraq qardaşların xidmətinə ehtiyac böyükdür. Banqidə onları yaxşı tanıyırlar. Hərçənd, paytaxtda manikür işinə baş vuran kişilər çoxdur.

Birləşmiş Millətlər Təşkilatının son hesabatında Mərkəzi Afrika Respublikasında orta əməkhaqqının 58 dollardan bir az yüksək olduğu qeyd edilib. Ölkə əhalisinin yarıdan çoxunun işsiz olduğu bildirilir. Üstəlik, müharibələr Afrika dövlətini əldən salıb. Mərkəzi Afrika Respublikasında zamanla müsəlmanlar və xristianlar arasında böyük döyüşlər olur.

Bizimyol.info

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
››› “Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
Son xəbərlər
Bütün xəbərlər »