Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron: “Fransa terrorla mübarizə üçün İraqda hərbi mövcudluğunu saxlayacaq”
Makron: “Fransa terrorla mübarizə üçün İraqda hərbi mövcudluğunu saxlayacaq”

“Yaxın Şərqdə terrorla mübarizə bitməyib və Fransa bu ölkədə, bütövlükdə bölgədə hərbi varlığını qoruyacaq”.

APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransından sonra jurnalistlərə açıqlamasında bildirib.

Prezidentin sözlərinə görə, Fransa İraqdakı mövcudluğunu terrorizmlə mübarizə aparmaq lazım olduğu müddətə, habelə bu ölkənin səlahiyyətliləri istədiyi müddətədək qoruyacaq: “Bu, ABŞ-ın bölgədəki qüvvələrini qorumaq və ya geri çəkmək qərarlarına bağlı deyil. Fransa uzun illərdir ki, İraqla birlikdə terrorla mübarizəyə sadiqdir”.

Makron əlavə edib ki, bölgədə İŞİD terror təşkilatı məğlub edilsə də, radikal İslamçı təhlükəsi ortadan qalxmayıb, terrorla mübarizə bitməyib: “İraq ordusuna sərmayə qoymağa və əsgərlərinə təlim verməyə davam edəcəyik. Hazırda bölgədə 800 fransız hərbçisi var”.

Paylaş »
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı
Son xəbərlər
Bütün xəbərlər »