Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər Yerin şimalındakı ən ucqar torpaq sahəsini kəşf ediblər

Danimarkanın Kopenhagen Universitetinin alimləri Qrenlandiyaya səfər zamanı təsadüfən dünyanın şimal qütbündəki ən ucqar adanı kəşf ediblər.

"Report"un xəbərinə görə, bu barədə “Reuters” yazıb.

"Bizim yeni torpaq sahəsini kəşf etmək məqsədimiz yox idi, sadəcə torpaq nümunələrini yığmaq istəyirdik", - tədqiqatçı Morten Raş bildirib.

Mütəxəssisin sözlərinə görə, ekspedisiya qrupu əvvəlcə quru sahəsinin 1978-ci ildə kəşf edilmiş Oodaak adası olduğunu zənn edib. Lakin geolakasiya yoxlamasından sonra məlum olub ki, alimlər başqa quru sahəsi ərazisindədir.

Onu "Kekertak Avannarlek" adlandırmağı təklif ediblər. Bu, "Ən ucqar şimal adası" deməkdir.

Alimlər həmçinin müəyyənləşdiriblər ki, ada təxminən 30 metr enindədir. Onun dəniz səviyyəsindən maksimal hündürlüyü üç metrə çatır.

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »