Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Məni övladıma bağışlayın” dedi, hakim prokurorun istədiyindən çox cəza kəsdi...
“Məni övladıma bağışlayın” dedi, hakim prokurorun istədiyindən çox cəza kəsdi...

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda, külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Kənan Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı bu günlərdə yekunlaşıb.

virtualaz.org-un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Cinayət işinin materiallarına əsasən təqsirləndirilən K.Hüseynov İran vətəndaşı, şəxsiyyəti istintaqa məlum olmayan “Mehman” adlı şəxslə cinayət əlaqəsinə girərək onun tapşırığına əsasən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində, satışında ittiham olunub. Saxlanılarkən onun üzərindən 12 kiloqram heroin, 2 kiloqram psixotrop maddə olan “şüşə” adlandırılan metamfetamin və 868 qram tiryək aşkarlanaraq götürülüb.

K.Yusifovun vəkili müvəkkilinin törətdiyi cinayət əməlini etiraf etməsini, narkotik vasitəni paytaxt ərazisində zibillikdən götürərək bir yerdən başqa yerə daşıdığını deyib: “Narkotik vasitəni İran vətəndaşı özü qaçaq yolla gömrükdən keçirib. Kənanın əməlində qaçaqmalçılıq yoxdur. O, narkotik vasitəni paytaxt ərazində daşıyıb”.

Məhkəmədə sön sözlə çıxış edən K.Hüseynov “məni övladıma bağışlayın” deyib. Amma onun bu yalvarışları nəinki hakimin qəlbini yumşaltmayıb, əksinə, o, prokurordan da amansız olub. Və K.Hüseynova prokurorun istədiyindən 6 ay çox, 12 il həbs cəzası kəsib

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
››› DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib
Son xəbərlər
Bütün xəbərlər »