Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis narkotacirləri saxlayıb
Polis narkotacirləri saxlayıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.

Bizimyol.info xəbər verir ki, DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı Zaqatala şəhər sakini Tahir Balayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan kağız bükümlərdə qurudulmuş marixuana aşkarlanıb.Araşdırma zamanı T.Balayevin həmin narkotik vasitəni rayon ərazisində satmaq məqsədilə üzərində daşıdığı məlum olub.

Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbiri nəticəsində isə güclü təsirə malik narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan rayonun Hənifə kənd sakini Ələsgər Gəncəliyev saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun daha bir cinayət əməlinin üstü açılıb. Belə ki, Ə.Gəncəliyevin yaxın qohumuna məxsus evdən də oğurluq etdiyi məlum olub.

Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar aparılır, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »