Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilərin törətdiyi Ballıqaya qətliamından 29 il ötür
Ermənilərin törətdiyi Ballıqaya qətliamından 29 il ötür

Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi Ballıqaya qətliamından 29 il keçir.

Bizimyol.info xəbər verir ki, 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları Laçın rayonundan məcburi köçkün düşən və Goranboy rayonunun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış 24 nəfər azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirib, 9 nəfəri yaralayıblar.

Qətliamın canlı şahidlərindən olan Züleyxa Abdullayevanın Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyinin arxivində saxlanılan şahid ifadəsində deyilir:

"1992-ci il 27 avqust tarixindən 28 avqust tarixinə keçən gecə saat 5 radələrində güllə səslərinə ayıldıq. Ailə üzvlərim və mən finski evin sol otağında yatmışdıq, sağ otaqda isə Hümbətov Vəzir və onun ailəsi qalırdı. 6 uşağı və yoldaşı. Ev hər tərəfdən müxtəlif silahlardan atəşə tutulurdu. Birdən Hümbətov Vəzirin ailəsinin qaldığı otağın yandığını gördüm. Atəş səsləri təxminən yarım saat davam etdi. Biz səsimizi çıxarmadıq deyə, təsadüf nəticəsində sağ qaldıq".

Həmin gecə qətlə yetirilənlərin arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb.

Öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub. Doqquz nəfər ağır yaralanıb. Qətlə yetirilən və xəsarət alanların hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri olub.

İstər Ballıqaya, istər Qaradağlı, istərsə də Xocalı və Ağdaban faciələrinin törədilməsi bir daha onu göstərir ki, ermənilər dinc azərbaycanlılara qarşı tarix boyu düşmən mövqedə dayanıblar. Onların azərbaycanlılara qarşı törətdiyi bu qətliamlar Azərbaycan tarixinin qan yaddaşına həkk olunub.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »