Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İranın yeni hökuməti Azərbaycan-İsrail münasibətlərinə qarışa bilməz”
“İranın yeni hökuməti Azərbaycan-İsrail münasibətlərinə qarışa bilməz”

İranın yeni təyinən olunan xarici işlər naziri Əmir Abdollahiyan sosial şəbəkədə yazdığı statusda yeni Nazirlər Kabinetinin siyasətinin Asiya və qonşu ölkələrə yönəldiləcəyini qeyd edib. O, "ləyaqət və müdriklik prinsiplərinə əsaslanan balanslı, aktiv və ağıllı bir diplomatiya aparmaq niyyətində olduğunu" əlavə etdi.

Bu arada yeni təyinatlar diplomatik qalmaqala səbəb olub. Argentina hakimiyyəti Mohsen Rezainin iqtisadi işlər üzrə vitse -prezident, Əhməd Vahidi isə daxili işlər naziri təyin edilməsini tənqid etdi. Cənubi Amerika əyalətində iki siyasətçinin 1994 -cü ildə Buenos Ayresdə baş verən terror aktında əli olduğu şübhəsi var. Sonra İranla əlaqəsi olan terrorçuların hədəfi yəhudi mədəniyyət mərkəzi oldu. Bu baxımdan Argentina Xarici İşlər Nazirliyi, Vahidi və Rezayinin təyin edilməsinin "Argentina ədalətinə və dəhşətli bir terror hücumunun qurbanlarına təhqir olduğunu" bildirib.

"Argentina hökuməti bir daha təkidlə İran hökümətindən Argentina ədalətini tam şəkildə təbliğ etməyi və yəhudi mərkəzində törədilən terror aktında iştirak etməkdə təqsirləndirilən şəxslərin səlahiyyətli bir məhkəməyə çıxarılmasını təmin etməyi xahiş edir", - Argentina Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

İranın yeni hökumətinin yetərincə mühafizəkar və anti-İsrail əhval-ruhiyyəli şəxslərdən təşkil olunması Azərbaycanla münasibətlərə necə təsir edəcək?

Xüsusilə də, Azərbaycan-İsrail əlaqələrinə İran tərəfindən hansısa “qısqanc” yanaşması və ya bu münasibətlər üçün təhdid yaradan bir addımlar gözlənilirmi?

Digər tərəfdən, Azərbaycanda dini radikalların “islamçı müxalifət” formasında fəallaşdırılması da sual doğurur.

Yaxud Türkiyənin regiondan sıxışdırlması istiqamətində İrandan hər hansı radikal addımlar gözləmək olarmı?

Politoloq, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Bizimyol.info saytına bildirib ki, İranda zaman-zaman kabinetlər dəyişib və Azərbaycanla münasibətlərdə də müəyyən dəyişmələr olub.

Mehman Əliyev Mehman Əliyev

“Zaman-zaman sərt yanaşmalar da görmüşük, mülayim yanaşma da... Hətta bir ara “Səhər” telekanalı vasitəsilə Azərbaycandakı dindar kütləyə müəyyən siyasi təbliğat aparmaq cəhdləri də olurdu. Lakin aktiv müxalifət daha çox Qərbə yönümlüdür. Son nəticədə bu münasibətlərin icmalı ondan ibarətdir ki, rəsmi Tehran və Bakı bir-birlərinin daxili işlərinə qarışmayacaqlar. Hazırkı hökumətin də gözlənildiyi kimi sərt və radikal siyasət yürüdəcəyini gözləmirəm. Çünki İranın hazırda dünyaya “meydan” oxumaq üçün resursları da yetərli deyil”, - deyə M.Əliyev bildirib.

Politoloq əlavə edib ki, İran və Azərbaycan arasındakı münasibətlərin “çərçivəli” davam edəcəyini bildirib.

“Azərbaycan Avropa İttifaqı ilə münasibətlər saxlayır, lakin çox yaxınlaşmır. Rusiya ilə də həmçinin, Bakının müəyyən məsafə saxlamağa çalışdığı müşahidə olunur. Eyni siyasəti Bakı-Tehran münasibətlərinə də şamil etmək olar. Hesab edirəm ki, İranın yeni hökuməti, həm də Azərbaycan hökuməti müəyyən qədər problemsiz, gərginlik olmayan münasibətlərə köklənəcək”, - deyə M.Əliyev vurğulayıb.

O əlavə edib ki, İsraillə Azərbaycan arasındakı münasibətlər son illərdə artan temp ilə inkişaf edir: “İsrail dəfələrlə bəyan edib ki, Azərbaycanın təhlükəsizliyini qorumaq üçün zabitlər, mütəxəssilər hazırlamaqda Bakıya kömək edir. Bunu İranda da bilirlər. Əlbəttə, Tehranda bu kimi yaxınlaşmanın xoş qarşılandığını düşünmürəm, lakin Azərbaycan-İsrail münasibətləri üçüncü tərəfə qarşı yönəlməyincə, İranın hər hansı sərt reaksiyasını, yaxud Bakıya təzyiqlər edə biləcəyini gözləmirəm”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Qadınların qeybə çəkildiyi, uşaqların ac dolaşdığı şəhər - Video
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› 20 qəpiklik maska 50 qəpiyə: Qayğı, yoxsa fürsət...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
Son xəbərlər
Bütün xəbərlər »