Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan hökuməti sərhədçimizi bıçaqlayan adamı axtarmağa başlayıb
Ermənistan hökuməti sərhədçimizi bıçaqlayan adamı axtarmağa başlayıb

Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları və Rusiya FTX-nin sərhədçiləri Azərbaycan tərəfi ilə Goris-Kapan dövlətlərarası yolun Goris-Vorotan və Şurnux-Karmrakar hissələrinin açılması ilə bağlı danışıqlar aparırlar.

Bizimyol.info saytının Ermənistan KİV-nə istinadən verdiyi məlumata, görə bu barədə respublikanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir: “Azərbaycan Dövlət Sərhəd Xidməti sərhədçilərindən birinə hücum edilməsi barədə məlumatı Ermənistan tərəfinə çatdırıb. Hazırda Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Azərbaycan tərəfinin verdiyi məlumatları yoxlamaq üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Yolun açılması işləri davam edir”.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi və digər rəsmi qurumlar Azərbaycan hərbçisinə hücum olunması barədə məlumatı təkzib etmişdilər.

Bizimyol.info saytına Gorus-Qafan yolunun bağlanması ilə bağlı məsələni şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, məsələnin kökündə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusuna hücum faktının dayanması heç bir şübhə doğurmamalıdır.

Ədalət Verdiyev Ədalət Verdiyev

“Ermənistan tərəfindən Azərbaycana qarşı Gorus-Qafan yolu ilə bağlı ittihamlar tamamilə əsassızdır, məntiqə uyğun gəlmir. Yolun qapadılması birmənalı olaraq, Azərbaycan DSX-nin cavab addımı kimi dəyərləndirilməlidir. Əgər Azərbaycan başdan bu yolu bağlamaq istəsəydi, 9 ay gözləməzdi, həmin ərazilər nəzarətimizə keçdiyi ilk gündə bu addımı atardı. Üçtərəfli bəyanatda bu yolun açıq saxlanılmasına dair heç bir müddəa yoxdur. Azərbaycan bu yola toxunmamaqla, özünün xoş niyyətini göstərirdi”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, o ərazilərdə silah-sursat və şəxsi heyətinin daşınması barədə ciddi faktlar var.

“Bu istiqamətdə xəbərdarlıqlara baxmayaraq, Ermənistan tərəfi heç bir tədbir görmədi. Azərbaycan tərəfi sonda öz suveren hüquqlarını istifadə edərək, yolu bağladı. Əgər Ermənistan tərəfi öz üzərinə düşənləri etməkdə çətinlik çəkirsə, Azərbaycanın əlində Ermənistana qarşı başqa təsir mexanizmləri də var. Gərəksə, biz onlardan istifadə edə bilərik”, - deyə Ədalət Verdiyev əlavə edib.

O qeyd edib ki, Azərbaycan tərəfinin müəyyən tələbləri var və çox güman , Ermənistan tərəfi o tələbləri yerinə yetirməyə məcbur qalacaq.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »