Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistanla sərhəd danışıqları bir neçə il uzana bilər”
“Ermənistanla sərhəd danışıqları bir neçə il uzana bilər”
“Dünən və bu gün Azərbaycan hərbçiləri Azərbaycan əsgərinin bıçaqlandığı iddiasına cavab olaraq Syunikdəki yolları bağladılar və Ermənistan Müdafiə Nazirliyi bunu inkar edir”.

Bizimyol.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barıdı “Joxovurd” qəzetində yazılıb.

“Daxil olan məlumatlar ziddiyyətlidir. Rusiyalı analitik Modest Kolerov bildirib ki, Rusiya və Azərbaycan hərbçilərinin iştirakı ilə baş verən hadisə ilə bağlı məlumatlar var. Lakin bununla bağlı rəsmi məlumat yoxdur. Rusiyalı analitik qeyd edib ki, Ermənistanda daxili vəziyyət hələ də qeyri-müəyyən olsa da, Azərbaycan öz proqramlarını həyata keçirməyə davam edir”, - deyə qəzetdə yazılır.

“Bu vəziyyət illərlə davam edə bilər. Rusiyanın iştirakı ilə danışıqlar sabah başlasa belə, başa çatması illər tələb edə bilər. Bütün bu illər ərzində Ermənistan öz sərhədlərini qorumadığı müddətcə Azərbaycan hücum edəcək. Əgər o, sərhədləri müdafiə etsəydi, onda Azərbaycan qoşunları olmayacaqdı. İrana gəldikdə, Kolerov xatırladı ki, Tehran Azərbaycanın ərazi bütövlüyünün bərpasını alqışlayır, ona görə də bu məsələdə ona güvənməməlisən ”, - deyə Kolerov əlavə edib.

Onun sözlərinə görə, Rusiya üçtərəfli danışıqlara başlamağa hazırdır və indi bununla məşğuldur.

Bu məlumatı Bizimyol.info saytına şərh edən politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, sözügedən rusiya sərhədçilərinin xidmət etməsi ilə bağlı heç bir məlumat yoxdur: “Bizim hərbçilərlə rusiyalı hərbçilər arasında hər hansı münaqişənin baş verməsi və bunun da indiyə qədər açıqlanmaması real deyil. Modest Kolerov ermənipərəst politoloqdur və onun dediklərinə əhəmiyyət vermək lazım deyil”.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

E.Şahinoğlu qeyd edib ki, Ermənistan tərəfi delimitasiya və demarkasiya işlərini ləngitdikcə, Azərbaycan öz təzyiqlərini artıracaq: “Nə vaxt onlar danışıqlar masasına oturacaqlar, o zaman da bu təzyiqlər bitəcək. Əlbəttə, ola bilər ki, bu danışıqlar 1-2 il çəksin, ya da bir neçə il uzansın. Sərhədlərin müəyyənləşməsi üçün Azərbaycan öz tərəfindən addımlar atır, lakin qarşı tərəf bilərəkdən məsələni yubadır”.

Politoloq bildirib ki, Azərbaycan Gorus-Qafan yolunu bağlamaqda tamamilə haqlıdır və öz suveren hüquqlarından istifadə edir.

“Ermənistan ya alternativ yoldan istifadə etsin, ya da Azərbaycanın tələblərini yerinə yetirsin”, - deyə Elxan Şahinoğlu əlavə edib.

O, sentyabr ayında Xankəndidə separatçı rejimin “müstəqilliyinin” ildönümü ilə bağlı tədbirlərə hazırlıq görüldüyünü də xatırladıb: “Ermənistan tərəfi zəif görünməmək üçün bu tədbiri keçirməyə çalışır, lakin Azərbaycan tərəfindən təzyiqlərin artacağını da hiss edir. Azərbaycan tərəfi bu məsələyə görə müəyyən addımlar atacaq, tələblər sürəcək. Lakin Xankəndinə zərbələr endiriləcəyini istisna edirəm”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Bakı əhalisinin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
Son xəbərlər
Bütün xəbərlər »