Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ana südündən körpəyə koronavirusun keçməsi aşkar edilməyib"
"Ana südündən körpəyə koronavirusun keçməsi aşkar edilməyib"

“Koronavirus insanlara yoluxmuş insanla təmas və ya damcı yolu ilə ötürülür. Hamilə qadınların koronavirusdan qorunma üsullarının başında əsas gigiyena qaydaları gəlir. Xüsusilə, əlləri ən az 20 saniyə sabun və su ilə yumaq son dərəcə vacibdir. Ağız, burun və gözlərə əllə toxunulmamalı, asqırarkən birdəfəlik salfetlər istifadə edilməlidir. Salfet olmadıqda dirsəyə asqırılmalıdır. Lazım olmadıqca evdən çıxmamalı və evə heç bir qonaq qəbul edilməməlidir. Evdən çıxarkən maska taxmaq və izdihamdan qaçmaq lazımdır. Sosial məsafə qaydaları çərçivəsində digər insanlara 2 metrdən çox yaxınlaşmaq, əl sıxmaq və qucaqlamaq olmaz. Yuxu rejiminə, sağlam və balanslı qidalanmağa diqqət yetirilməlidir”.

Bizimyol.info xəbər verir ki bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

S. Məmmədova qeyd edib ki, koronavirus epidemiyası zamanı aparılan məhdud araşdırmalar nəticəsində ana südündən körpəyə koronavirusun ötürülməsi aşkar edilməyib: "Bu səbəbdən anaların körpələrini əmizdirməkdən qorxmasına ehtiyac yoxdur. Körpələri əmizdirməzdən əvvəl əllər sabun və su ilə yuyulub maska və əlcək taxılmalıdır. Ana südü verərkən tənəffüs gigiyenasına riayət edilməlidir. Ancaq bu vəziyyət anaya uyğun gəlmirsə, ana südü sağılaraq steril şüşə vasitəsilə sağlam insan tərəfindən körpəyə verilə bilər.

Təbii yollarla və ya qeysəriyyə əməliyyatı hamiləliyin hazırkı gedişatına, ana və körpənin sağlamlıq vəziyyətinə görə qərar verilir. Ana və körpənin ümumi sağlamlığı yaxşı olarsa, normal doğuşa üstünlük verilə bilər. Sosial təcrid qaydalarının tətbiq edilməsinə davam edilməsi və doğuşdan sonra evə heç bir ziyarətçinin buraxılmaması ana və körpənin sağlamlığı üçün son dərəcə vacibdir.

Ağır COVID-19 keçirmiş hamilə qadınlarda körpələrin vaxtından əvvəl doğulduğu xəbərləri var: “Ancaq erkən doğuşa nəyin səbəb olduğunu dəqiq bilmək çətindir. Hamiləlik dövründə böyüyən körpə ananın ağciyərlərinin, ürəyinin, qan dövranının fəaliyyətini artırır. Ağır COVID-19-un olması bu vəziyyəti daha da çətinləşdirə və tənəffüs problemlərinə səbəb ola bilər. Bu vəziyyətdə olan bütün qadınlar xəstəxanada yaxından izlənilməlidir. Hərarətə səbəb olan kəskin xəstəliklər erkən doğumla əlaqəli ola bilər.

Hərarət, öskürək, baş ağrısı və əzələ ağrısı, burun axması, sinə axıntısı kimi COVID-19 simptomları olan hamilə qadınlara testdən keçmələri tövsiyə olunur. Hamiləlik dövründə bədəndə və immunitet sistemindəki dəyişikliklər səbəbi ilə hamilə qadınların tənəffüs yolu infeksiyalarından daha çox təsirlənə biləcəyi məlumdur. Hamilə qadınlarda şəkərli diabet, yüksək təzyiq, artıq çəki kimi şərtlər COVID-19 xəstəliyinin daha ağır olmasına səbəb olur. Hamilə qadınların xəstəliyin ağır olduğu zaman hamilə olmayan qadınlara nisbətən reanimasiyaya ehtiyacı daha çoxdur. Bu səbəbdən hamilə qadınlar COVID-19 baxımından orta risk qrupundadır. Simptomları olan hamilə qadınlara testdən keçmələri və nəticəyə uyğun olaraq müvafiq izolyasiya tətbiq etmələri tövsiyə olunur.

Hamiləlik dövründə COVID-19 keçirmiş qadınlarda, düşük və ölü doğum kimi ağırlaşmaların daha çox rast gəlindiyini göstərən heç bir məlumat yoxdur. Bəzi tədqiqatlarda, COVID-19 olan hamilə qadınlarda erkən doğum riskinin artdığı göstərilib. Erkən (vaxtından əvvəl) doğuş zamanı müxtəlif fəsadların görünə bilmə təhlükəsi olduğu üçün bu körpələrin yenidoğulmuş reanimasiya şöbəsində qalması lazım ola bilər.

Hamilə qadınlar koronavirus səbəbi ilə ginekoloq görüşlərini təxirə salmamalıdır. Ana və körpə sağlamlığı üçün çox əhəmiyyətli olan doğum öncəsi müayinələrin planlaşdırıldığı kimi davam etdirilməsi faydalı olacaq. Hamiləlik dövründə şəkərli diabet və ya yüksək təzyiq kimi xəstəliklər bu nəzarətlər zamanı diaqnoz qoyula və müalicə edilə bilər. Beləliklə, hamilə qadının mümkün COVID-19 xəstəliyində ciddi fəsadlar riski azalır”.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »