Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft hasilatının sürəti aşağı düşür: “Həyəcan təbili çalan göstəricilərdir”
Neft hasilatının sürəti aşağı düşür: “Həyəcan təbili çalan göstəricilərdir”

2021-ci ilin yanvar-iyul ayları üzrə Azərbaycanda təxminən 20,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Energetika Nazirliyinin məlumatına görə, sözügedən dövrdə neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 522,2 min ton az olub.

Respublika üzrə neft hasilatının 13,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib. Hesabat dövründə təxminən 16,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 15,6 milyon tondan çoxu konsorsiumun, 823,7 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən, təxminən 517,5 min ton, yəni 3 faiz azdır.

İqtisatçı Nemət Əliyev Bizimyol.info-ya açılaması zamanı bildirib ki, bu o deməkdir ki, Azərbaycanın imkanları çox böyük sürətlə aşağı düşür

Nemət Əliyev Nemət Əliyev

“Azərbaycanda neft hasilatı əsrin müqaviləsi imzalandıqdan sonrakı dövrdə, 2010-cu ildə özünün pik həddinə çatıb və 50,8 milyon ton neft hasil olunub. Azərbaycanın həm də onda taleyi gətirib ki, məhz 2010-cu ilə qədər olan dövrdə neftin dünya bazarı qiymətləri də yüksək olub. Yəni, Azərbaycanda hasil olunan neft dünya bazarlarında çox yüksək qiymətlərə satılıb. Bu da Azərbaycana və həmin müqavilə iştirakçılarına qazanc gətirib.

2010-cu ilə qədər olan dövr imkanların çoxluğu baxımından ən əlverişli dövr olub. Ondan sonrakı dövrdə isə neft hasilatı çox böyük sürətlə aşağı düşüb. Bildiyim qədəri ilə artıq sürətlə 30 milyon tona yaxınlaşıb. Təsəvvür edin ki, illik hasilatın həcmində təxminən 20 milyon tona yaxın azalma gedib. Bundan sonrakı dövrdə də bu proses, tənəzzül davam edəcək. Çünki neft quyularının məhsuldarlıqları, ehtiyyatları sürətlə azalıb. Bu Azərbaycan üçün çox ciddi siqnaldır.

Bizim üçün ikinci çox ciddi siqnal isə neftin dünya bazarı qiymətlərinin sürətlə düşməsidir. Hasilat göstəricisinin, qiymətlərin aşağı düşməsi Azərbaycanın neft gəlirlərinin çox kəskin şəkildə azalması ilə nəticələnib”.

İqtisadçının sözlərinə görə, ümumidaxili məhsul göstəricisi 2014-cu ildən sonrakı dövrdə 75 milyarddan 46-48 milyarda qədər azalıb və ölkə iqtisadiyyatı kiçilib.

“Bunlar həyəcan təbili çalan göstəricilərdir. Belə bir vəziyyət Azərbaycan üçün heç də perspektivli gələcək vəd etmir.

Neft hasilatının aşağı düşməsi, neft gəlirlərinin aşağı düşməsi deməkdir. Neft gəlirlərinin aşağı düşməsi, imkanların azalmasıdır. İmkanların azalması isə Azərbaycan hökuməti üçün ciddi siqnal olmalıdır.

Ölkənin qeyri-neft sektorunun inkişafına köklənilməlidir. Bundan ötrü korrupsiya, rüşvətxorluq, monopoliya, haqsız rəqabət kimi hallara qarşı çox ciddi əməli fəaliyyət ortaya qoyulmalıdır. Xarici investisiyaların Azərbaycan iqtisadiyyatına axını üçün ölkədə vətəndaş cəmiyyəti yaratmaq lazımdır”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı
Son xəbərlər
Bütün xəbərlər »