Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazaxıstanda hərbi hissədə baş verən yanğında 5 nəfər ölüb
Qazaxıstanda hərbi hissədə baş verən yanğında 5 nəfər ölüb

Qazaxıstanın cənubundakı hərbi hissənin anbarında baş verən yanğın və sonrakı partlayışlar zamanı ölənlərin sayı 5 -ə yüksəldi.

Bizimyol.info TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Yanğının baş verdiyi Jambyl bölgəsində daha bir hərbi qulluqçunun öldüyü məlum olub",-deyə məlumatda bildirilib.

Nazirlikdən verilən məlumata görə, faciənin 5-ci qurbanı yanğınsöndürmə briqadasının rəisi, 1992 -ci il təvəllüdlü baş çavuş olub. O, silah -sursat anbarında baş verən yanğının söndürülməsi işlərinə birbaşa rəhbərlik edirmiş. Lakin sonuncu partlayışdan sonra onun hadisə yerində öldüyü, adının itkin düşənlərin siyahısına salındığı bildirilib.

Qeyd edək ki, əvvəl verilən xəbərlərdə hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilmişdi.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »