Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kabil hava limanında ölənlərin sayı 100-ü ötüb
Kabil hava limanında ölənlərin sayı 100-ü ötüb

Əfqanıstanda törədilən terror aktları nəticəsində 100-dən çox adam ölüb.

Bizimyol.info TASS-a istinadən xəbər verir ki, Kabil hava limanında terror qurbanlarının dəqiq sayı hələlik məlum deyil. "The Wall Street Journal" 103 ölüm qeydə alındığı barədə xəbər verib. CBS telekanalı isə Əfqanıstan Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən 150 -dən çox xəsarət alanın olduğunu bildirib.

Terror hücumu nəticəsində 13 amerikalı əsgərin öldüyü və 15 nəfərin yaralandığı bildirilir. Məlumata görə, qoşunlarını Kabil hava limanına yerləşən digər Qərb ölkələrinin hərbi qulluqçuları və BMT əməkdaşları xəsarət almayıblar.

Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatı hava limanında baş verən hadisəni qətiyyətlə pisləyib və günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.

Qeyd edək ki, avqustun 15-də paytaxt Kabilə döyüşsüz daxil olan “Taliban” hərəkatı hakimiyyəti ələ keçirib. Hazırda onlar Pəncşir əyalətindən başqa bütün ölkə ərazisinə nəzarət edir. Ölkə Prezidenti Əşrəf Qani qan tökülməsinin qarşısını almaq üçün öz postunu tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə sığınıb. Qərb ölkələri isə öz vətəndaşlarını və səfirlik əməkdaşlarını Kabildən təxliyə edir.

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »