Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazaxıstanda hərbi hissənin anbarında baş verən partlayış nəticəsində 60 nəfər yaralanıb
Qazaxıstanda hərbi hissənin anbarında baş verən partlayış nəticəsində 60 nəfər yaralanıb

Qazaxıstanın Jambıl rayonunda yerləşən hərbi hissədə baş verən partlayış nəticəsində 60 nəfər yaralanıb.

Ölkənin müdafiə nazirinin müavini Ruslan Şpekbayev hadisənin partlayıcı maddələrin saxlanıldığı mühəndis-istehkam anbarında baş verdiyini deyib.

Anbarda bir neçə güclü partlayışdan sonra meydana gələn yanğının hələ də davam etdiyi bildirilir.

Hadisə ilə əlaqədar yaxınlıqda yerləşən yaşayış məntəqələrinin əhalisi təxliyə edilib, ərazidəki avtomobil yolları və dəmiryolu xətlərindən istifadə məhdudlaşdırılıb.

Qazaxıstan Prezidenti Qasım Comərd Tokayev “Twitter” hesabında etdiyi paylaşımlarında yaralanaraq xəstəxanaya yerləşdirilənlərdən ən az 30-nun hərbi qulluqçu və fövqəladə hallar işçiləri olduğunu, partlayışın səbəblərinin araşdırıldığını qeyd edib.

***

19:15

Qazaxıstanda hərbi hissənin anbarın yaxınlığında partlayış baş verib.

Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Jambıl vilayətinin Bayzak rayonunda yerləşən hərbi hissədə, təxminən saat 19:00 radələrində anbarlardan birinin yaxınlığında yanğın baş verib. Yanğın nəticəsində partlayış yaranıb. Yanğının söndürülməsinə yanğınsöndürmə briqadaları cəlb edilib. (Apa.az)

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »