Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çempionlar Liqası: Qrup mərhələsinin püşkü atılıb
Çempionlar Liqası: Qrup mərhələsinin püşkü atılıb

UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün qrup mərhələsinin püşkü atılıb.

"Report"un məlumatına görə, Türkiyənin İstanbul şəhərində təşkil olunmuş tədbirdə səbətlərdən komandaları İngiltərənin "Çelsi" klubunun keçmiş futbolçuları Maykl Essyen və Branislav İvanoviç çıxarıb.

Püşk nəticəsində Türkiyənin yeganə təmsilçisi "Beşiktaş" Portuqaliyanın "Sportinq", Almaniyanın "Borussiya" (Dortmund) və Niderlandın "Ayaks" klublarına rəqib olub.

Beləliklə, qrupların tərkibi belə müəyyənləşib:

A qrupu: "Mançester Siti" (İngiltərə), PSJ (Fransa), "Leyptsiq" (Almaniya), "Brügge" (Belçika)

B qrupu: "Atletiko" (Madrid, İspaniya), "Liverpul" (İngiltərə), "Portu" (Portuqaliya), "Milan" (İtaliya)

C qrupu: "Sportinq" (Portuqaliya), "Borussiya" (Dortmund, Almaniya), "Ayaks" (Niderland), "Beşiktaş" (Türkiyə)

D qrupu: "İnter" (İtaliya), "Real Madrid" (İspaniya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Şerif" (Moldova)

E qrupu: "Bavariya" (Almaniya), "Barselona" (İspaniya), "Benfika" (Portuqaliya), "Dinamo" (Kiyev, Ukrayna)

F qrupu: "Vilyarreal" (İspaniya), "Mançester Yunayted" (İspaniya), "Atalanta" (İtaliya), "Yanq Boyz" (İsveçrə)

G qrupu: "Lill" (Fransa), "Sevilya" (İspaniya), "Zaltsburq" (Avstriya), "Volfsburq" (Almaniya)

H qrupu: "Çelsi" (İngiltərə), "Yuventus" (İtaliya), "Zenit" (Rusiya), "Malmö" (İsveç)

Qeyd edək ki, Çempionlar Liqasında ilk turun oyunları 14-15 sentyabrda gerçəkləşəcək.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »