Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“HB Güvən” klinikasından covid testləri ilə bağlı açıqlama
“HB Güvən” klinikasından covid testləri ilə bağlı açıqlama

Saytımızda “HB Güvən" klinikasında götürülən ekspress covid testləri ilə bağlı məlumat yayınlamışdıq. Məlumatda bildirilirdi ki, bu xəstəxanada ekspress “Covid” testləri götürülür və həmin testlərin nəticələri TƏBİB-in sistemində qeydə alınmır.

“HB Güvən” klinikası məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verərək bildirib ki, HB Güvən Klinikasında Covid-19 təyini üçün analiz vermək istəyən hər bir şəxsə müayinələrin qiymətləri, sistemə salınıb salınmaması, müayinələrin həssaslıq faizi və hazırlanma müddəti arasında fərq ətraflı məlumat verilir və pasientin istəyinə görə hansı analizin götürüləcəyi təyin edilir.

“COVID-19 testlərinin növləri və fərqləri COVID-19-in diaqnostikasında istifadə olunana testlər aşağıdakılardır:

1. SARS-CoV-2 PZR (PCR). Molekulyar test olaraq adlandırılan bu COVID-19 testi, polimerazalı zəncir reaksiyası (PZR-PCR) adı verilən laborator metod istifadə olunaraq virusun genetik materiyalını (DNT və ya RNT) müəyyən edir. Burun-udlaqdan (nazofarinks) götürülmüş nümunədən işlənilir. Nəticə təxminən 12-24 saat ərzində hazır olur. İstifadə olunan diaqnostik metodlar arasında həssaslıq və spesifikliyi ən yüksək olduğu üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqləyici test olaraq qəbul olunmuşdur. Yalnız bu (PZR) testlərin nəticəsi TƏBİB-in portalına qeyd olunur.

2. SARS-CoV-2 Antigen testi. Bu COVID-19 testi, virusdakı müəyyən zülalları təyin edir. Burun-udlaqdan (nazofarinks) götürülmüş nümunədən işlənilir. Nəticə təxminən 2 saat ərzində hazır olur. Həssaslıq və spesifikliyi molekulyar metod ilə müqayisədə daha aşağıdır. Nümunə növü PZR ilə eyni olduğu üçün (yaxma) insanlar bəzən bunu PZR analizi ilə eyni bilir və nəticəsinin portala salındığını düşünür. Lakin SARS-CoV-2 Antigen testinin nəticələri portala qeyd olunmur. Bu test yalnız skrininq məqsədi ilə istifadə olunur, məlumat xarakterlidir.

3. Anti-SARS-CoV-2 IgM. Qanda COVID-19 infeksiyasına qarşı yaranmış anticisimləri təyin edir. Adətən infeksiyanın kəskin fazasında müsbət olur. Nümunə kimi qandan istifadə olunur. Nəticə 2-8 saat ərzində hazır olur. Nəticəsi portala qeyd olunmur.

4. Anti-SARS-CoV-2 IgG. Qanda COVID-19 infeksiyasına qarşı yaranmış anticisimləri təyin edir. Adətən xəstəliyin sağalma fazasında müsbət olur. Nümunə kimi qandan istifadə olunur. Nəticə 2-8 saat ərzində hazır olur. Nəticəsi portala qeyd olunmur”.

Leyla Mirzə

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Azərbaycanın peyvənd pasportu Türkiyədə qəbul olunmadı
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
Son xəbərlər
Bütün xəbərlər »