Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kabildə baş verən partlayışda 13 nəfər ölüb, 70-i yaralanıb
Kabildə baş verən partlayışda 13 nəfər ölüb, 70-i yaralanıb

Əfqanıstanın Kabil hava limanında baş verən partlayış nəticəsində 70 nəfər yaralanıb.

Yaralılardan əksəriyyətinin vəziyyəti orta ağır qiymətləndirilir.

18:45

Kabil hava limanı yaxınlığında törədilən terror aktı nəticəsində azı 13 nəfər həyatını itirib.

Bu barədə "Reuters" "Taliban"a istinadən xəbər verir.

Ölənlər arasında uşaqlar da var. Bundan əlavə, partlayış nəticəsində "Taliban"ın bir neçə döyüşçüsü yaralanıb.

18:30

Kabil hava limanı yaxınlığında baş verən partlayış nəticəsində azı 11 nəfər həlak olub.

Bu barədə "Sky News" "Arabia" mənbələrinə istinadən xəbər verir.

"Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə, azı 15 nəfər yaralanıb.

"Reuters" agentliyinin verdiyi məlumata görə, ABŞ partlayışa səbəb kimi intihar hücumunun olduğunu təsdiqləyib. "The Wall Street Journal" qəzetinin yazdığına görə, ABŞ ordusu partlayışdan zərər çəkib.

"Fox" telekanalı hava limanı yaxınlığında ikinci partlayışın olması barədə məlumat yayıb.

18:09

Kabildə hava limanının yaxınlığında partlayış baş verib.

Bunu Pentaqonun sözçüsü Con Kirbi deyib.

Onun sözlərinə görə, hələlik zərərçəkənlər barədə dəqiq məlumat yoxdur.

Əfqanıstanlı jurnalist Bilal Sarvari tvitter hesabında Kabil hava limanında törədilən partlayışın intihar hücumunun nəticəsi olduğunu bildirib.

İlkin məlumata görə, partlayış nəticəsində iki nəfər ölüb.

Bundan əvvəl verilən məlumatda 15 nəfərin xəsarət aldığı bildirilirdi. (Report.az)

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »