Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen In çox arıqlayıb, amma Şimali Koreyada bu haqda danışmaq olmaz - Foto
Kim Çen In çox arıqlayıb, amma Şimali Koreyada bu haqda danışmaq olmaz - Foto

Kim Çen In son iki ildə özünü heç yaxşı hiss etmir. 2020-ci ilin aprelində onun hətta ölüm xəbəri yayılmışdı. Şimali Koreya lideri o vaxt söz-söhbətə son qoymaq üçün bayram tədbirlərindən birində görünməyə məcbur olmuşdu.

Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, Kim Çen In çox arıqlayıb, amma ölkədə bu haqda danışmağa icazə yoxdur. Qərb mətbuatı bu barədə yazır. Ölkə rəhbərinin səhhətinin yenə qaydasında olmadığı bildirilir. Almaniya qəzetləri yazır ki, əslində, Kim Çen Inın sınıxması rəsmi səviyyədə gizlədilmir. Sadəcə, bunu liderin xalqla birlikdə böyük çətinliklərdən keçməsiylə əlaqələndirirlər.

Cənubi Koreya mətbuatı şimalda vətəndaşlara konkret xəbərdarlıq edildiyini bildirir. Şimali Koreya vətəndaşlarına Kim Çen Inın arıqlaması barədə danışmaq qadağan olunub. Kimisə qeybət edəndə tutarlarsa, çox ağır cəza veriləcək.

İctimaiyyət Kim Çen Inın çox arıqlamasının fərqinə ilk dəfə iyunda varıb. Onda ölkə rəhbəri heç də yaxşı təsir bağışlamayıb. Amma hökumət uyğun tədbir görməyi unutmayıb. Bütün rayon mərkəzlərinə Kim Çen Inın səhhəti ilə bağlı hər hansı probleminin olmadığını təbliğat mətnlərində istifadə etmək tapşırılıb.

Almaniyanın “Stern” junalı yazıb ki, əslində, ölkə lideri indi vətəndaşların daha çox xoşuna gəlir. Çünki əvvəllər Kim Çen In xeyli kök görünürmüş. Artıq çəki liderə həm əziyyət verir, həm də vizual görünüşünə zərər vururdu.

Xəbərdarlıqlara baxmayaraq, Kim Çen Inın səhhətində ciddi problemlər olması bütün təbəqələrdə müzakirə olunur. Onun arıqlamasını da sağlamlıq problemləri ilə əlaqələndirirlər.

Kim Çen In arıqladıqdan sonra

Cənubi Koreya mətbuatı Kim Çen Inın daha ölkəni idarə etmədiyinə inanır. Bu haqda yazıların əksərində söz açılır. Kim Çen Inın bacısı Kim Ye Çjon xeyli önə çıxıb. Onun rəsmi görüşlərdə özünü lider kimi aparması diqqətdən yayınmır. Hesab olunur ki, Kim Çen In sağalmaz xəstəliyə tutulub. Hakimiyyət bundan sonra Kim Ye Çjona həvalə olunub.

Bizimyol.info

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »