Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
15 yaşlı oğlan özünü 9-cu mərtəbədən atıb
15 yaşlı oğlan özünü 9-cu mərtəbədən atıb

Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.

Hadisə Təbriz küçəsi 58-66 ünvanında qeydə alınıb. APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əslən türk olan 15 yaşlı Məhəmməd Kalkan özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. Yeniyetmə hadisə yerində ölüb. Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, intihar edən şəxsin yaşadığı binada yerləşən "İzmir" mağazasının sahibinin oğlu olduğu deyilir. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. İntihar edən şəxs əvvəlcə binanın həyətindıə olan “Merecedes” markalı avtomobilin üzərinə düşüb. Zərbə nəticəsində maşının arxa hissəsi əzilib.

Baş vermiş hadisə ilə əlaqədar yolda sıxlıq müşahidə edilib. Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »