Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özümüzün sülhməramlılarımız ola-ola...
Özümüzün sülhməramlılarımız ola-ola...

Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarıldı. Zatən orda görəcəkləri bir iş qalmamışdı. Nə sülh qaldı, nə məram. 120 hərbçimiz vardı orda. Ankaraya aparılıblar. Ordan da Azərbaycana qayıdacaqlar.

Biz dünyanın müxtəlif bölgələrində sülhməramlı missiyaları yerinə yetirmişik. Əfqanıstanda, İraqda, daha əvvəl Kosovada... Bu illər ərzində sülhyaratma təcrübəsi toplayıb hərbçilərimiz. Həm də öz ölkəsindən çox uzaqlarda. Heç bir halda da onlardan şikayərt eşitməmişik. Əksinə, Əfqanıstandakı son hadisələrdə - Kabil hava limanında necə peşəkar işlədiklərini də gördük. Sərt hərbçi nizamını da gördük sülhməramlılarımızın, yüksək insani keyfiyyətlərini də. Eyni şeylər türk sülhməramlılarına da aiddir.

Biz dünyanın çox müxtəlif ölkələrində sülh yarada bilən, sülhü qoruya bulən, peşəkarlığı və insanlığı üst səviyyədə olan xeyli sayda hərbi qulluqçular yetişdirmişik. O zaman niyə Qarabağda – bizim torpağımızda Rusiya sülhməramlısı dayanmalıdır ki?! Əgər Ermənistan, doğrudan da, təslim olubsa, bizim torpaqlarımızda Rusiya “sülhməramlı”sı olmamalıdır. Ya Ermənistan dövlət olaraq bizi və dünyanı aldadır, ya da Qarabağın Rusiya “sülhməramlıları” yerləşən hissəsindəkilər Ermənistana tabe olmur. Ya da bunlar hamısı düşünülmüş oyundur: Ermənistan özünü təslim olmuş və eyni zamanda Qarabağa nəzarəti də itirmiş kimi göstərməklə hiyləgərlik edir. Belə ola bilməzmi? Orda Qarabağda  bizə təslim olmaqdan yayınan cinayətkar qruplar var və belə görünür ki, onları Rusiya himayə edir. Yoxsa həmin o Xankəndidə, Xocalıda, Ağdərədə... Rusiya bayrağı və yerli quldurlarının əski parçası deyil, Azərbaycanın dövlət bayrağı və bizim hərbi hissələrimizin döyüş bayraqları dalğalanardı.

Deməyimiz odur ki, özümüzün bunca yüksək səviyyəli peşəkar sülhyaratma ordu hissələrimiz varkən, nədən Rusiyanı çağırmışıq?!

Hə, bunun cavabı da məlumdur; geosiyasi reallıqlar və sair. Bunları da hamı bilir; detallara varmaq, yorucu olmaq istəmirik. Sadəcə demək istədiyimiz budur: əgər Əfqanıstanda “Taliban” kimi ifrat radikal, dünyəvi idarəçilik düüncəsindən uzaq olan, dünyanın bir çox dövlətlərinin, qurumlarının terror təşkilatı kimi tanıdığı güruh ölkəyə nəzarəti ələ keçirib, ABŞ və NATO kimi gücləri getməyə sövq edə bilirsə, niyə normal, sivil xalq, qanuni ordu, dövlət olduğumuz halda Rusiyadan niyə qorxmalıyıq?! Bəlkə bizim bu qorxumuz ifrat dərəcədədir?! Hə?!

Biz niyə “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqda” müqavilə imzaladığımız dövlətdən Gəncəyə, Bərdəyə, lap elə Bakıya atılmış raketlərin hesabını soruşuruq?! Bu sual cavabsızdır. Şuşaya atılan “İsgəndər-M” raketini demirik hələ. Boğuq, qısıq səslə nəsə etiraz kimi bir şey dedik, cavabını ala bilməyib tamam susduq. Niyə?! Burda günahkar olan deyil, haqsız olan deyil, günahsız, haqlı olan, yəni biz niyə susuruq?! Təəccüblü gələn budur.

Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »