Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana köçmək istəyən Kanada vətəndaşını elə lağa qoydular ki...
Azərbaycana köçmək istəyən Kanada vətəndaşını elə lağa qoydular ki...

Sosial şəbəkədə səyahət qruplarından birinin üzvü olan əcnəbi Azərbaycan vətəndaşlığı almaq istədiyini yazıb.

Anis Əhməd Virk qrup üzvlərindən kömək istəyib. Ona, demək olar, kömək təklif edilməyib. Əksinə, Kanada vətəndaşını bolluca lağa qoyublar.

Bizimyol.info xəbər verir ki, səyahət qrupunda Anis Əhməd Virkin yazdıqları böyük maraq çəkib. Statusa xeyli rəy yazılıb. Amma əcnəbiyə Azərbaycana köçməyi tövsiyə edən yoxdur.

Anis Əhməd Virkin yazdığına “zarafat edirsən?” reaksiyası verən çoxdur. Bunu da başa düşmək olar. Çünki Kanada Azərbaycan vətəndaşlarının ən çox mühacirət etmək istədiyi ölkələrin siyahısında lider yerləri tutur. Müşahidələr göstərir ki, Azərbaycandan getmək istəyənlər Almaniyadan sonra Kanadanı arzulayır. Birdən-birə Şimali Amerika dövlətinin vətəndaşının Azərbaycanı arzulaması izləyiciləri açıq-aşkar heyrətə gətirib. Buna görə də yazılanları ciddi qarşılamayanlar çoxdur.

Qrup üzvlərindən bir çoxu Anis Əhməd Virkə vətəndaşlıqların qarşılıqlı dəyişdirilməsini zarafatla təklif edib. Fuad Məmmədov adlı izləyici mübadilənin üstündə sol böyrəyini verə biləcəyini də yazıb. Ələsgər Əfəndiyev Kalyari şəhər sakininə həyatının ən böyük səhvinə yol verməməyi tövsiyə edib: Kanadanı bura dəyişmək özünə qəsd olar.

Musa Tahirov da əcnəbinin ideyasını “həyatın ən böyük səhvi” adlandırıb. İlkin Sultanovun “AzTv görməsin bu statusu” ifadəsi çoxunun gülüşünə səbəb olub. Tapdıq Əlizadə yazıb ki, səhər tezdən qrup üzvlərinin hissləriylə oynamaq heç yaxşı deyil. Ceyran Əhmədova ortada Azərbaycan vətəndaşı ilə sevgi söhbəti olduğuna əminlik ifadə edib. Anis Əhməd Virkə hətta rişxəndlə Sumqayıta köçməyi təklif edənlər də olub.

Amma məsələyə ciddi yanaşanlar da var. Daha çox ikinci vətəndaşlıq ehtimalı müzakirə edilib. Bunun mümkünsüzlüyünü yazanlar az deyil. Bəzi rəylərdə isə artıq Azərbaycanda ikinci vətəndaşlığın qanunla mümkün olduğu yazılıb. Əslində isə belə bir hal aşkarlanarsa, həmin şəxs sadəcə, cərimə olunur.

Anis Əhməd Virkin ad və soyadı onun Kanadaya Asiyadan gəlməsi ehtimalını yaradır. Azərbaycana köçmək istəyən şəxs qrupdakı rəylərə hələ reaksiya verməyib.

Bizimyol.info

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »