Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Varlı ölkələrdə milyonlarla doza vaksin zibilliyə atılır
Varlı ölkələrdə milyonlarla doza vaksin zibilliyə atılır

“Bütün dünyada milyonlarla doza vaksinin vaxtı keçir və onları zibilliyə atırlar. Hansı ki, buna paralel olaraq dünyanın bir çox ölkələrində vaksin çatışmazlığı yaşanır. Dərmanların paylanması nə üçün belə pis təşkil olunub?”. Bu sətirlər nüfuzlu Der Spiegel nəşrinə aid bir məqalədəndir.

Həkim Marko Blankerin dediyinə görə, Niderlanda insanların vaksinlənmək həvəsi getdikcə azalır. Xüsusilə buna AstraZeneca ilə bağlı yayılan söz-söhbətlər səbəb olub.

“Ehtimal edirik ki, təkcə ailə həkimlərində və apteklərdə istifadə olunmamış 200 min doza AstraZeneca var”,- deyə həkim bildirib. O qeyd edib ki, əldə olan vaksinlərin xəritəsini hazırlayıb və onlar başqa ölkələrdə vaksin qıtlığından əziyyət çəkənlərə bu yolla kömək etmək istəyiblər. Lakin hökumət buna icazə verməyib. Əvəzində istifadə edilməyən vaksinlər köhnəlir və zibil qablarına boşaldılır.

“Bütün dünya üzrə vaksinlərin itirilməsini qeydə alan məlumat bazası yoxdur, lakin vaksin əldə edə bilməyən ölkələrdə ölüm və yoluxma sayları həyəcan yaradır. ÜST-ün məlumatına görə, avqustun sonuna istifadə müddəti köhnəldiyinə görə bir milyon doza AstraZeneca” yarasız hesab edilib məhv ediləcək.

Təkcə Corciya ştatında bu il 700 min doza vaksin istifadəsiz qalıb. Ekspertlər xəbərdarlıq edir ki, tezliklə Amerikada 13 milyon insanın istifadə edə biləcəyi sayda vaksinin istifadə müddəti bitəcək.Polşa 73 min dozanı yararsız kimi məhv edib, Honkonq Sinovac və Biontech/Pfizer vaksinlərinin artıqlığından şikayətçidir. Almaniyada hər onuncu doza anbarlarda yatıb qalıb və ümumi sayları 3,2 milyon təşkil edir.Halbuki digər ölkələrdə bu vaksinlər çatışmır.Yoxsulluq səviyyəsi yüksək olan ölkələrdə əhalinin vaksinlənmə səviyyəsi ( Haiti və Nigeriyada) müvafiq olaraq 0,7, 0,01 faiz təşkil edir”,- deyə məqalədə bildirilir.

Vaksinasiya üzrə qlobal təşəbbüs təşkilatları Gavi və Cepi vaksinlərin paylanması üzrə ədalətli sistem yarada bilməyiblər. Vaksin əvvəlki kimi pulu olan, lakin ehtiyac duymayan ölkələrə verilir.

Vaksinasiya üzrə qlobal kampaniya 2021-ci ilin sonuna qədər aşağı və orta gəlirli ölkələrə 2 milyard doza vaksin tədarük etməyi planlaşdırır.Moderna kimi itehsalçılar istehsalı artıqmağı düşünürlər, bəzi ölkələr isə defisiti aradan qaldırmaq üçün artıq vaksini kasıb ölkələrə vermək istəyirlər.

Lakin bir məsələ var ki, bunu sadə qaydada etmək imkansızdır. Vaksin satıcıları ilə alıcılar arasındakı gizli sövdələşmələr bunu etməyə imkan vermir”,- deyə qəzet yazıb.

“ABŞ 500 milyon doza vaksini ehtiyacı olanlara vermək niyyətini bəyan etdi. İsrail də Cənubi Koreyaya 700 min doza verəcəyini bildirib. Bu dərmanların vaxtı yaxın zamanda bitəcəkmiş, buna görə Seula göndərilir və Seula gedəcək yeni partiya da İsrailə borc kimi qaytarılacaq. Keniyaya isə 407 min doza vaxtı keçmiş vaksin göndərilib.Ölkənin rəsmilərindən biri bunu “Troya atı” adlandırıb.

“Bu qapalı bir dairədir. İnsanları vaksinə inandırmaq da çətindir, vaksini almaq da , onu qorumaq da. Buna görə də dünyada istehsalçıların sayı artırılmalıdır. Yerli hökumətlər bunu təşkil etməlidirlər. Yeni risklərə hazırlıqlı olmalıyıq”. Bu fikir isə ABŞ-ın Center for Global Development mərkəzi səsləndirib. Böyük istehsalçılar gəlir əldə edə bilmirlər deyə kasıb ölkələrə vaksin satmağa maraqlı deyillər.Bu məlumatı da məqalədən oxuyuruq.

Belə çıxır ki, gəlir əldə edirlərsə, o zaman bu xəstəliyin davam etməsində də maraqlı olan qüvvələr var. Köhnəlmiş vaksinlərin hansı fəsadlar törədəcəyi hələ naməlumdur.

Hazırladı: İlhamə, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »