Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ağdərədə saxlanılan Azərbaycan əsgəri təcili geri qaytarılmalıdır”
“Ağdərədə saxlanılan Azərbaycan əsgəri təcili geri qaytarılmalıdır”

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Bizimyol.info xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır. Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.

Qeyd edək ki, Ermənistan mətbuatında Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə tutulduğu barədə məlumat yayılıb.

Azərbaycan ərazilərində yaradılmış separatçı rejim bəyanat yayıb ki, C.Babayev barəsində “sərhədləri qanunsuz keçmə”, “azyaşlıları təhdid etmə” və “casusluq” ittihamı ilə cinayət işi açılıb.

Məsələni Bizimyol.info saytına şərh edən Milli Məclisin deputatı, “Böyük Quruluş” Partiyasının sədri Fazil Mustafa bildirib ki, Cəmil Babayevin ora necə gedib çıxmasını araşdırmaq sonrakı məsələdir.

Fazil Mustafa Fazil Mustafa

“Özgə dövlətin ərazisinə getməyib ki, öz ölkəsinin ərazisidir. Ən böyük cinayət, tərbiyəsizlik onu orda tutub girov saxlamaqdır. Cəmil Babayev təcili Azərbaycan tərəfinə təhvil verilməlidir”,- deyə F.Mustafa bildirib.

Deputat qeyd edib ki, Azərbaycan tərəfinin belə bir tələblə çıxış etməsinə də ehtiyac yoxdur: “Bizimkilər də onlardan 10 nəfəri ələ keçirsinilər, sonra başlayacaqlar yalvarmağa. Onların nə həddinədir ki, bizim əsgəri öz ölkəmizdə əsir götürsünlər. Sülhməramlılar məsələyə qarışıb həmin əsgəri Azərbaycan silahlı qüvvələrinə təhvil verməlidir”.

Onun sözlərinə görə, bu hadisə bir zamanlar Dilqəm Əsgər və Şahbaz Quliyevlə bağlı yaradılan “şou”nu xatırladır: “Bu şəxs öz ölkəsində olub, Ermənistanda yox. Dərhal qaytarılmalı və “şou” göstərilməməlidir”.

Deputat ötən gün Azərbaycan sərhədçisinə Ermənistan hərbçiləri tərəfindən olan hücum və Gorus-Qafan yolunun bağlanması məsələsini də şərh edib: “Bizim xüsusi təyinatlılar da onlardan 10 nəfəri ələ keçirsinlər, ya da vursunlar, ağılları başlarına gəlsin. Nə qədər təxribat törətmək olar? İstəyirlər ki, Azərbaycan hərbi əməliyyatlara başlasın, ondan sonra da dünyaya Azərbaycanın aqressor olduğu haqda car çəksinlər. Üçtərəfli bəyanatda Gorus-Qafan yolu ilə bağlı heç nə yoxdur. Ermənistan tərəfi öz üzərinə düşən öhdəlikləri yerinə yetirərsə, Azərbaycan tərəfi də güzəştə gedərək, Gorus-Qafan yolunu açar”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »