Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sürücülük vəsiqəsi ala bilmək, hər şeyi bilmək demək deyil"
"Sürücülük vəsiqəsi ala bilmək, hər şeyi bilmək demək deyil"

Bir neçə gün öncə Quba rayonunda beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza səhər saatlarında baş verib. Hadisə Quba rayonu Zərdabi kəndi ərazisində baş verib. Sürücü hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Bankı avtomobil qəzaları haqqında hesabat hazırlayıb. Hesabata görə, hər il avtomobil qəzalarında 1,2 milyon, hər gün isə 3242 nəfər dünyasını dəyişir. Qəzalar hər il 20-50 milyon nəfərin yaralanmasına və xəsarət almasına səbəb olur. Həmçinin qeyd edilib ki, bütün dünyada baş verən ölüm hadisələrinin 2,1 faizi avtomobil qəzaları zamanı baş verir. Dünyada ölüm səbəbləri arasında avtomobil qəzaları 11-ci yerdədir.

Mütəxəssislərə görə, avtomobil qəzalarının çox hissəsi aşağı və orta gəlir qrupundakı ölkələrdə baş verir. Ölüm statistikasına nəzər salanda qəzalarda daha çox 15-44 yaşlı kişilərin öldüyünü görmək olar. Hesabata görə, 2030-cu ildə avtomobil qəzaları zamanı ölüm halları 3-cü yerdə qərar tutacaq.

Avtomobil qəzalarının verdiyi zərərlər də külli miqdadır. Belə ki, bütün dünyada baş verən avtomobil qəzaları hər il 518 milyard dollar zərərə səbəb olur.

Nəqliyyat məsələləri üzrə Fazil Məmmədov Bizimyol.info saytına açıqlamasında bildirib ki, avtomobil qəzalarının bir çox səbəbi var:

"Avtomobil qəzalarıın ilkin səbəbi, sürət həddinin aşılmasıdır. İnsanlar gündəlik həyatlarında daim harasa tələsir, harasa çatmağa çalışırlar. Bu səbəblə də insanlar avtomobil idarə edərkən tələskən, aqessiv və eqoist ola bilirlər. Bu isə avtomobil qəzalarının baş verməsi ilə nəticələnir. İkinci səbəb isə diqqətsizlikdir. İnsan avtomobil idarə etməyə həm fiziki, həm də mənəvi hazır olmalıdır. Yorğun və yuxulu halda sükan arxasına keçmək diqqətin dağılması ilə nəticələnir. Yolda diqqətsizlik isə qəzaya səbəb ola bilər".

Ekpert qeyd edir ki, məlumatsızlıq da qəzaya səbəb ola bilər. Sürücülük vəsiqəsi ala bilmək, hər şeyi bilmək demək deyil. Məlumatsız şəkildə avtomobil idarə etmək qəzaya səbəb olur. Avtomobil idarə etmək üçün təcrübə daha vacibdir. Bu həm sürücünün özü, həm də ətrafdakıların təhlükəsizliyi üçün çox əhəmiyyətlidir.

Mütəxəssisin fikrincə, avtomobil qəzalarının səsəblərindən biri də sərxoş vəziyyətdə avtomobil idarə etməkdir. Sərxoş vəziyyətdə avtomobil idarə etmək çox təhlükəlidir.

"Bəzi insanlar isə bilə-bilə yol hərəkəti qaydalarına əməl etmirlər. Piyadaya yol verməmək, qırmızı işıqda keçmək, ara məsafəni gözləməmək, ötmə qaydasına əməl etməmək qəzalarla nəticələnir"- deyə ekspert bildiirb.

Qeyd edək ki, son zamanlar avtomobil qəzalarının sayı durmadan artır. Statistikaya nəzər salanda baş verən qəzaların ağır qəzalar olduğu və ölüm faktlarının daha çox olduğu müşahidə edilir. Qəzaların əsas səbəbi antropogen amillərdir.

İlahin, Bizimyol.info

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »