Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyaya qəribə ittiham: Xarici diplomatlara səs dalğalarıyla hücum edir
Rusiyaya qəribə ittiham: Xarici diplomatlara səs dalğalarıyla hücum edir

Diplomatlara qarşı yeni növ süni bir hücum aşkarlanıb. Maraqlıdır ki, hələlik böyük siyasətçilər bu barədə susmağa üstünlük verirlər. Həm zərərçəkənlər, həm də adı zərərverici kimi hallananlar.

Dünən ABŞ prezidentinin köməkçisi Kamala Harrisin Sinqapurdan Vyetnama səfəri zamanı Ağ Evin 2 əməkdaşında üzə çıxmış “Havana sindromu” araşdırılmağa başlayıb. Ağ Ev həmin əməkdaşların Kamala Harris ilə yaxın təmasda olmadığını bildirib. Lakin bununla belə Harrisin təhlükəsizlik baxımından hava limanında gözlədildiyini bildirib.

İlk dəfə 2016-cı ildə ABŞ-ın Kubadakı səfirliyinin əməkdaşlarında görünmüş və səbəbi hələ bilinməyən bu sirli xəstəliyin Harrisin əməkdaşlarındakı xəstəliklə eyni olub-olmadığı hələ araşdırılır. Ağ Ev hadisənin dərindən araşdırıldığını bildirib.

Bu sindrom özünü baş gicəllənməsi və baş ağrıları, hallünasiyalarla büruzə verir. 21 nəfərdə eyni şikayətlər görününcə ABŞ Havanadakı səfirliyinin əməkdaşlarını geri çağırmışdı. Kubada eyni xəstəlikdən əziyyət çəkmiş kanadalı diplomatlar öz ölkələrinin hökumətindən 21,1 milyon dollarlıq təzminat tələb etmişdi.

Kuba hökuməti isə ameriaklıların bu iddiasının əsassız olduğunu irəli sürmüşdü.

CNN bu il 29 apreldə yaydığı bir xəbərdə 2 Ağ Ev əməkdaşında “Havana sindromu” aşkarlandığını yazıb. Eyni zamanda keçən il Mayamidə bir dövlət rəsmisində "Havana sindromu" aşkarlandığı barədə də məlumat dərc edilib.

Qeyd edək ki, bu ilin may ayında bir qrup ABŞ senatoru “Havana Sindromu” kimi tanınan beyin zədələnmələrindən əziyyət çəkən dövlət işçilərinə maddi yardım göstərilməsi üçün qanun layihəsi təqdim edib.

Mərkəzi Kəşfiyyat İdarəsinin dediyinə görə, bu məlum olmayan xəstəliyin arxasında Rusiyanın olması ehtimalı böyükdür. Dərin araşdırmalar zamanı xəstələrin beynində əhəmiyyətli dəyişikliklərin olduğu məlum olub. Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq agenti Ceyms Olson bir dəfə bildirb ki, 80-ci illərdə Moskvada işlədiyi zaman səfirliyin işçilərinə mikro-dalğalı radiasiya ilə hücumlar edilib. Simptomların "yönəldilmiş, impulslu, radio-tezlik enerjisi" səbəbindən meydana gəldiyi aydın olmuşdu. Hesabatın müəllifləri bir çox məxfi məlumatın əldə olunmasına icazə verilmədiyi üçün qəti bir nəticəyə gələ bilmədiklərini deyirlər. 2016-cı ildə ABŞ və Kanadanın Kubadakı missiyalarının diplomatları və onların ailə üzvləri sonradan “Havana sindromu” adı verilən qəribə sağlamlıq problemlərindən şikayət ediblər. Hər iki ölkənin rəsmi qurumları bu şikayətləri “akustik hücum” kimi dəyərləndirib. Bu problemlə üzləşənlər başlarında bir növ təzyiq dalğası hiss etdiklərini bildiriblər. Eyni zamanda şikayətlər arasında cırcırama cırıltısına bənzər səslərin binaların içində onları müşayiət etdiyi, lakin binanı tərk edərkən bu səs-küyün kəsildiyi qeyd edilib. Baş ağrıları, baş gicəllənməsi, yuxu pozğunluğu və qulaqda küy də şikayətlər arasında yer alıb.

İndiyədək bu kimi simptomlardan Havannanın ardınca London, Çin, Kolumbiya və Özbəkistandakı ABŞ təmsilçiləri də şikayətləniblər. Havana sindromu dayanılmaz baş ağrılarına görə diplomatların işindən istefa verməsinə səbəb olur.

İlhamə

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »