Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dövlət qurumları birinci və ya ikinci Qarabağ qazisi deyib fərq qoyurlar”
“Dövlət qurumları birinci və ya ikinci Qarabağ qazisi deyib fərq qoyurlar”

Redaksiyamıza Şəki şəhər sakini birinci qrup hərbi xidmət əlili Hümmətov Vüsal Məmmədrahim oğlu tərəfindən müraciət daxil olub. Müraciətdə bildirilir ki, o, 2011 ci ildə xidməti borcunu yerinə yetirərkən döyüş postunda güllə yarası alıb və yerimə əngəllidir. Səhhəti, müxtəlif problemləri ilə bağlı dövlət qurumlarına dəfələrlə müraciətlər etsə də, İkinci Qarabağ qazisi olmadığı əsas gətirilərək, problemləri həll olunmur.

“Ailəliyəm və kirayədə yaşayıram. Bu yaxınlarda səhhətimlə bağlı problem yaşadığım üçün həkimə müraciət etməli oldum və həkim lazımi dərman preparatlarını yazdı. Lakin dərmanları almağa imkanım olmadığından, Şəki şəhər icra nümayəndəliyinə müraciət etdim. Onlar isə məni Yaşad Fonduna yönləndirdilər.

Yaşad fondu ilə əlaqə saxladım. Onlar isə mənə dedilər ki, biz ancaq İkinci Qarabağ qazilərinə kömək edirik. Yaşad fondu bu dəfə məni TƏBİB-ə yönləndirdi. Bir neçə gün sonra TƏBİB-dən də yenə eyni cavab gəldi ki, biz İkinci Qarabağ qazilərinə kömək edirik və məni bu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönləndirdilər. Lakin hələ də onlardan bir cavab yoxdur”.

Qazinin sözlərinə görə, bir çox dövlət qurumları birinci və ikinci Qarabağ qazisi deyərək fərq qoyurlar. Bu da onu məyus edir.

“Mən nə ağacdan yıxılmışam, nə də qəzaya düşmüşəm. Vətənimin keşiyində durarkən, qazi olmuşam. Bu dövlət qurumları birinci və ya ikinci Qarabağ qazisi deyib, fərq qoymaqları nədir axı?

İndiyə qədər hərhansı bir problemlə bağlı dövlət qurumuna müraciət etmişəmsə, mənə eyni cavab gəlib ki, sən İkinci Qarabağ qazisi deyilsən. Sual vermək istəyirəm ki, biz qazilər yaşamalı deyilik? Bizim bu ölkədə yaşamaq, müalicə almaq, iş ilə təmin olmaq haqqımız yoxdur? Cənab Prezident İlham Əliyevin imzaladığı və dönə dönə tapşırdığı qərarları nə tez unutdular?

Xahiş edirəm bu qazilər arasında fərq qoyulma məsələlərini həll edilsin”,- deyə müraciətdə bildirilir.

Fazil Talıbov Fazil Talıbov

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, nazirliyin hansısa vətəndaşa dərman yardımı etmək funksiyası yoxdur: “Hərbi əlillər nazirlikdən təqaüd, pensiya və ya müavinət alırlar. Həmçinin aztəminatlıdırsa, ünvanlı sosial yardım üçün müraciət edə bilirlər. Həmin vətəndaş da məşğulluq problemini aradan qaldırmaq üçün özünüməşğullq proqramına və ya digər məşğulluq tədbirlərinə qoşula bilər. Bizim aztəminatlı vətəndaşlara yönələn çoxsaylı proqramlarımız var. Vətəndaşlar nazirliyin saytında onlarla tanış olub, özünə uyğununu seçib iştirak edə bilər”.

Leyla Mirzə

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
››› Çörəyin bahalaşmasının qabağı indilik alındı, bəs sonra?
Son xəbərlər
Bütün xəbərlər »