Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan Gorus-Qafan yolu ilə bağlı öhdəlik götürməyib"
“Azərbaycan Gorus-Qafan yolu ilə bağlı öhdəlik götürməyib"

Ötən gün Gorus-Qafan yolunda baş verən insidentdən sonra, Azərbaycan sərhədçiləri Gorus-Qafan yolunu bağlayıb.

Dünən, 25 avqust tarixində saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb.

Ermənistan hərbçilərinin Azərbaycan sərhədçilərinə hücumundan sonra Azərbaycan tərəfi Gorus-Qafan yolunu bağlayıb.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi bu barədə məlumat yayıb, Ermənistanın ombudsmanı isə rus sülhməramçılarının da danışıqlara qatıldığını, hələ bu gün günorta saatlarına qədər bir irəliləyişin olmadığını açıqlayıb.

Qeyd edək ki, Gorus-Qafan yolu iki dəfə Azərbaycan sərhədçiləri nəzarəti altından keçir.

Yolun bağlanması nəticəsində 25 maşın, 40-a yaxın mülki şəxs yolda qalıb. Erməni tərəfinin Azərbaycanla danışıqlarından sonra maşınlar buraxılıb, ancaq yol hələ də açılmayıb.

Ermənistan parlamentində isə deputatlar məsələni beynəxalq təşkilatlara çatdırmağa səsləyiblər. Hətta bəzi deputatlar hökumətə müraciət ediblər ki, ayndılaşdırılsın, Gorus-Qafan yolu Ermənistanın suveren ərazisidir, yoxsa, yox?

Bizimyol.info saytına məsələni şərh edən hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirib ki, Gorus-Qafan yolu Azərbaycan ərazisidir və həmin yolu Ermənistan üçün açıq saxlamaq barədə öhdəliyi yoxdur.

Ramil Məmmədli Ramil Məmmədli

«Əvvəla, məndə olan məlumata görə, orda təmir-tikinti işləri gedir. Digər tərəfdən, Azərbaycan hər hansı bir sənəddə Ermənistan qarşısında həmin yolla bağlı öhdəlik götürməyib. Üçtərəfli bəyanatda Zəngəzur dəhlizindən söz gedir ki, bu da Ermənistanın öhdəliyidir. Gorus-Qafan yolu olan ərazi SSRİ dövründə də Azərbaycanın ərazisi olub”, -deyə ekspert bildirib.

Ekspert bildirib ki, Ermənistan siyasi dairələrinin panikası məntiqlə izah olunmur.

“Əvvəlcə bizi təxribata çəkirlər, sonra sərt cavab aldıqda isə gah sülhməramlılara, gah da beynəlxalq təşkilatlara şikayət edirlər. Əgər Ermənistan ordusunun rəhbərliyi və digər məsul şəxslər sərhəd ərazilərdə təxribatlara davam edəcəklərsə, Azərbaycan ordusu buna “dur” deməyi bacaracaq”, - deyə R.Məmmədli vurğulayıb.

O qeyd edib ki, Ermənistan guya bəzi ərazilərinin blokadada qalmasından şikayətlənir və dünya ictimaiyyətini Azərbaycana qarşı qaldırır.

“Əgər Ermənistan başqa dövlətin ərazisindən keçən yolu öz vətəndaşlarının təhlükəsizliyi üçün risk hesab edirsə, müəyyən vəsait ayıraraq, alternativ bir yol çəkə bilər”, - deyə ekspert əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »